Tələbələr rektora ultimatum verdi, Akif Süleymanovsa imtahana görə alınacaq pulların məbləğini artıracağı ilə onları hədələyib 

Qarşıdan gələn yay imtahan sessiyası ilə əlaqədar universitetlərdə vəziyyət gərginləşməyə başlayıb. Azərbaycan Texnologiya Universitetində isə durum daha təhlükəli şəkil almaqdadır. 

Məlumatlarda deyilir ki, rektor Akif Süleymanovun pul qazanmaq həvəsi, habelə idarəçilikdə ciddi səhvlərə yol verməsi tələbələrlə müəllimlər arasında münaqişəli vəziyyət yaranıb. Bildirilir ki, rektorun oğlu və köməkçisinin imtahan pullarını yığmaq istəklərindən dolayı meydana çıxmış gərginliyi aradan qaldırmaq üçün Süleymanovun heç bir addım atmaması tələbələrin ayağa qalxmasına səbəb olub. 

Məlumatda vurğulanır ki, ATU rektoru yay imtahan sessiyasında tələbələrdən imtahan və zaçotlar üçün pul yığılması barədə təlimat verib. Hazırda ATU-nun dekan və müəllimləri təsir altında olan tələbələri vasitəsiylə hər imtahan üçün 50-100 manatdan pul yığılması barədə tapşırıq veriblər. Bu rəqəmin böyük olduğunu görən tələbələr isə rektorluğa xəbər göndəriblər ki, bu şəkildə davam edə bilməz. 

Gələn xəbərlərdə deyilir ki, tələbələr ötən həftənin sonundan etibarən xaotik şəkildə etirazlarını bildirsələr də, bunun mütəşəkkil şəkildə həyata keçiriləcəyi barədə xəbərdarlıq ediblər. Onlar rektorluğa çatdırıblar ki, əgər imtahanlar zamanı onlardan pul tələb edilməsi halları davam edərsə, universitetin binası önündə oturaq aksiya təşkil edəcəklər. 

Həmin məlumatlarda vurğulanır ki, Akif Süleymanov tələbələrin bu xəbərdarlığına məhəl qoymayıb. Və imtahan üçün tələb olunan pulun miqdarını artıracağı ilə bağlı hədə gəlib. Hətta iş o yerə çatıb ki, tələbələr rektorun bu hərəkətinə etiraz olaraq ona ultimatum göndəriblər. Bildiriblər ki, özünü yığışdırmasa, durum daha pis şəkil alacaq.(politika.az)
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300