Güneydə azərbaycanlı fəallar aclıq aksiyasına başlayıblar
Güney Azərbaycanda bir neçə tanınmış milli-mədəni fəal mayın 19-dan aclıq aksiyasına başladıqlarını bəyan ediblər. Onlar hazırda həbsdə olan Abbas Lisani, Ayət (Yürüş) Mehrəlibəyli, Rəsul Rəzəvi, Hüseyn Əliməhəmmədi, Murtaza Muradpur və Lətif Həsənidir. Milli-mədəni fəalların aclıq aksiyası keçirməsinə səbəb mayın 18-də azadlığa buraxılmalı olan azərbaycanlı fəal Abbas Lisaninin həbs müddətinin yenidən artırılması olub. 

Musavat.com xəbər verir ki, bu barədə Teleqram sosial şəbəkəsində məlumat yayılıb. Məlumata əsasən Şirazın Adilabad zindanında 1 illik həbs cəzasını çəkən Abbas Lisani ötən gün həbs müddəti başa çatdığı üçün azadlığa çıxmalı idi. Lakin  azərbaycanlı fəal barədə yeni məhkəmə qərarı çıxarılıb və həbs müddəti uzadılıb. Abbas Lisani azadlığa çıxmasına maneçilik yaradıldığı üçün əvvəlcədən elan etdiyi kimi mayın 19-dan aclıq aksiyasına başlayıb. Digər həbsdə olan azərbaycanlı milli-mədəni fəallar ona dəstək olmaq üçün aksiyaya qoşulublar. 

Xatırladaq ki, Abbas Lisani 2011-ci ildə Urmiya gölünün ekoloji durumu ilə bağlı Ərdəbildə keçirilən etirazlardan sonra saxlanılmışdı. Ötən ilin may ayında milli-mədəni fəala bir il həbs cəzası verilmişdi. 

Qeyd edək ki, Abbas Lisani vaxtilə hüquq müdafiə üzrə nüfuzlu Amnesty İnternational kampaniya təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınıb. Abbas Lisani bundan öncə də milli fəallığına görə dəfələrlə həbs olunub. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300