Ümid Partiyası Güney Azərbaycanla bağlı bəyanat yaydı
Azərbaycan Ümid Partiyası Güney Azərbaycanda 2006-cı il 22 may Oyanış hərəkatının 10 illiyilə bağlı bəyanat yayıb.

Partiyanın Mətbuat Xidmətindən Uluyol.info-ya daxil olan bəyanatda deyilir: 

"Tarixi vətənimizin bir parçası olan Güney Azərbaycanda 2006- cı il mayın 22-də başlayan yeni hərəkat soydaşlarımızın şovinizmə qarşı mübarizə tarixində xüsusi olaraq yeni bir mərhələnin əsasını qoydu. 2006-cı il 22 may Xordad günü tariximizə "Xordad hərəkatı" adı ilə düşdü. Yaxşı xatırlayırıq ki, o zaman hakimiyyətin orqanı olan "İran" dərgisi soydaşlarımıza qarşı aşkar təhqir etməklə 80 ilə yaxın olan anti-türk, anti-Azərbaycan mahiyyətini bir daha ortaya qoydu. Üca millətimiz 80 illik istismar, assimilyasiya, aşağılama siyasətinə "dur!" demək üçün Güney Azərbaycanın Təbriz, Urmiyə, Ərdəbil, Sulduq, Ooşaçay, zəncan və başqa şəhərlərində ayağa qalxdı, şəhidlər verdi, amma haqq səsini ucaltdı. Və Güneyin tarixində yeni bir mübarizə eposu yaratdı. Artıq o şərəf tarixindən 10 il ötür.
 
Soydaşlarımız milli haqqları uğrunda mübarizəyə davam edərək haqq savaşında bir an belə dayanmırlar. Bu gün də Tehran rejiminin zindanlarında onlarla Güneyli fəal məhz milli düşüncələrinə görə həbsdıdirlər. Son günlər Qəzvində azərbaycanlı qadın milli fəal Süheyla Kargərin həbsi rəsmi Tehranın soydaşlarımıza qarşı ayrı-seçkilik siyasətini bir daha ortaya qoydu. Bu günlər rejimin məhbəsində tanınmış milli fəal Abbas Lisaninin və ona dəstək olaraq daha 11 milli fəalın aclıq aksiyasına başlaması da bizi olduqca nigaran edir. Bu fəallar Azərbaycanın müasir tarixində böyük bir mübarizə səhifəsi açdılar və onların Güneyin azadlığı üçün sağlam olmalarını təmənna edirik. Əziz qardaş və bacılarımız! Siz haqq uğrunda savaşırsınız və haqq savaşları hər zaman qalibiyyətlə sonuclanır. Vətənimizin Güneyində azad, demokratik , milli haqqlara söykənən bir sistemin qurulması diləyilə sizləri Oyanış hərəkatının ildönümü münasibətilə təbrik edirik.
 
 Tanri Güneyli,Quzeyli Azərbaycanımız qorusun!”
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300