Abbas Lisa

Tanınmış fəal sərbəst butaxılmamasına etiraz olaraq aclığa başlayıb

İnsan haqları qrupları İranın Şiraz zindanında sürgün həbsində olan tanınmış fəal Abbas Lisaninin məhkum olduğu həbs müddətinin bitdiyinə baxmayaraq sərbəst buraxılmadığı üçün aclıq aksiyasına başladığını bildirirlər.

İranda insan haqları pozuntuları ilə bağlı məlumat yayan HRA agentliyi bildirir ki, Təbriz Mərkəzi Zindanı, Ərdəbil Zindanı və Kərəcin Rəcayi-şərh zindanında saxlanılan azı 11 türk fəal da aclıq aksiyasına başlayaraq Lisaniyə dəstək verdiklərini elan ediblər.

İran məhkəmələri mütəmadi qaydada türk fəalları

İran məhkəmələri mütəmadi qaydada türk fəalları "pantürkizm” və "separatçılıq” ittihamları ilə həbsə məhkum edirlər.

HRA-nın yazdığına görə, Abbas Lisaninin Urmiyə Gölü ilə bağlı kütləvi etirazlara qatılmaq ittimahı ilə məhkum olunduğu həbs müddəti may ayının 18-də sona çatıb, ancaq yeni ittihamlar o cümlədən, "pantürkizm” və "separatçılıq”-da günahlandırılaraq haqqında yeni məhkəmə prosesi başladılıb.

Milli fəal 2011-ci ildə Urmiyə Gölü ilə bağlı kütləvi etirazlara qatıldığına görə İran İnqilab Məhkəməsi tərəfindən məhkum olduğu bir illik həbs cəzasını çəkmək üçün 2015-ci ilin iyul ayında Ərdəbil zindanına göndərilib, bir neçə aydan sonraFarsvilayətinin mərkəzi olan Şirazda Adil Abad zindanına sürgün edilib.

Lisani 2015-ci ilin iyul ayında Ərdəbil zindanına göndərilib, bir neçə aydan sonra Fars vilayətinin mərkəzi olan Şirazda Adil Abad zindanına sürgün edilib.

2011-ci ildə nəzarət altında saxlanıldığı müddəti də nəzərə alaraq türk fəalın bir illik həbs cəzası mayın 18-də sona çatıb.

Abbas Lisani 2006-cı ilin may ayında İran Azərbaycanında baş verən kütləvi etirazlardan sonra həbs edilmiş və 18 ay həbsə məhkum edilərək Əhər zindanına göndərilmişdi. Həbsdə olarkən təkrar başqa bir ittihamla mühakimə edilən fəalın həbs müddətinə 12 ay əlavə olunmuşdu. Lisani həmin illərdə 30 aylıq həbsinin 10 ayını sürgündə və Yəzd vilayətinin zindanında keçirib.

(amerikanınsəsi)


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300