"YARPAQ" 
Və nəhayət ki bu gün kimsəsi olmadığını, tək başına həyat mücadiləsi verəcəyini anladı.Amma getdikcə vücudunda ağrılarının çoxaldığını,saçlarının saraldığını hiss edirdi.Artıq ölümünün yaxınlaşdığını, son dəqiqələrini yaşadığının fərqinə varırdı. "Hər şeydən əl çəkmək,səssizcə oturub canını yola salacağı anı gözləmək ən doğru qərardır" – deyə bir şeylər qurdalayırdı beynini.Lakin həmişə ümidli olmağı,gözləməyi özünə vərdiş etmişdi.Hələ bir payız fəsli olması olan ümidini qat-qat çoxaldırdı. Payızda yazı az oturub gözləməmişdi. Başını qaldıraraq bütün ömrünü gözəl görünməsi üçün sərf etdiyi ağaca baxdı.Ağacdakı xoş xatirələrini,əsən mehlərin müşaiyəti ilə rəqs etməsini,yazı gözlədiyi günləri,yaz gəlincə podyuma yaşıl paltarlarla çıxıb digər ortaqları ilə gözəllik yarışmasına girdiyini,gecə olunca kəndin işıqlarının kəndə verdiyi gözəlliyi yuxarıdan izləməsini,bir əyyaşın hər gecələr əlində bir araq butulkası ilə bəzəsiyi ağacacın altına gəlib uzanaraq bir az mahnı zümzümə etdikdən sonra yatmasını və bir də insanlara olan sevgisini xatirladi. "İnsan!"-deyərək heyacanli şəkildə saatlarca axtardıqdan sonra yatağının altından televizorun pultunu tapan kişinin hiss etdiyi hislərlə dolu bir hiss ümid hislərini yenidən silkələyərək oyatdı. "Bəli,insanlar! Ömrüm boyunca nəfəsimi nəfəs almaları üçün tükətdiyim insanlar. Onlar mütləq məni onlara etdiyim yaxşılıqların qarşılığı olaraq xilas edəcəklər. Lakin heç tanıdığım da yoxdur adlarını bilmirəm,necə çağırım?!" – deyə düşünərkən hər gecələr gələn əyyaşı xatırladı. "Aha o əyyaş! O ki mənim dostumdur. Birlikdə o qədər gecələr keçirmişik. Çox içdiyi zamanlarda nəfəs alması çətinləşərdi,ölməməsi üçün var gücümlə oksigen üfürürdüm ona. Bir dəfə az qala oksigen üfürməkdən onun həyatını xilas etmək istərkən öz nəfəsim daraldı,gözlərim qaraldı,az qala öz həyatımı itirirdim. Bu qədər yaxşılıqlarımın qarşılığında mütləq məni xilas edəcək"- dedi öz-özünə ve gecəni gözləməyə başladı. Amma Günəş hələ səma stadionunun mərkəzinə çatmamamışdı.Gecəyə çox qalmışdı. Amma məcburən gözləməli,gecəyə qədər dözməli, ölümlə dalaşmalı idi. Kənd camaatı artıq evinə çəkilmişdi,günorta yeməyinə hazırlaşırdı. Məktəbdən ac gələn uşaqların- "Ana,nə bişirmisən?! Ana yemək hazırdır?!" kimi həyacan dolu səsləri eşidilirdi. Bir az sakitlik çökmüşdü kəndə. Ara- sıra it hürüşlərindən, xoruz banlamalarından,quşların cikkildəşərək etdikləri söhbətdən başqa bir şey eşidilmirdi. Bu sakitlikdə yuxuya getmişdi. Artıq gecə idi. Diksinərək ayıldı yuxudan. Bir xışıltı səsi ilə oyandi. Ürəyi qulağında döyünürdü sanki . "Axx! Yenə ağzım uçuqlayacaq'' - deyə - deyə etrafa boylanıb onu oyadan səsin nə olduğunu anlamağa çalışdı. İki ağac kənarda yaşayan salxım söyüd ağacının yarpaqlarının arasında bir qaraltı göründü. Diqqətlə baxdı. Bu o əyyaş idi. Bir zamanlar ağacdan ayaqlarını sallayaraq sola- sağa yellənməsini xatirlatdi əyyaşın yerişləri. Yenə çox içmişdi. Kimsəsi yox idi o əyyaşın. Bütün günü kənd zibilliklərində gəzər, çayxanalarda domino çırpan kişilərin yanında səssizcə oturar,bəzən əlini əlinə vuraraq nəyi isə xatırlayıb şaqqanaq çəkərək gülərdi. Kənd camaatı onu yaxşı tanıyardı,zərər görməsini istəməzdilər,lakin heç kim ona maddi və ya mənəvi kömək etməzdi. İçki almaq üçün pulu hardan tapdığını hər zaman düşünmüşdü. Bu suala məntiqli cavab tapa bilməmişdi. İndi isə bu sualı düşünəcək zaman deyildi. Həsrətlə əyyaşın yaxınlaşmasını, onu yerdən qaldırıb yenidən öz budağına qoyacağını gözləyirdi. Addım səsləri xeyli yaxınlaşmışdı.Səbirsizlənirdi artıq. Əyyaş artıq tam yaxınlığında idi . İndi kənd kolxozunun divarları üstündən onlara tərəf düşən işığın yaratdığı əyyaşın kölgəsi ərazisində idi. Əyyaş bir az ona tərəf əyildi. Əhvalı düzəlmiş şəkildə-"Bayaqdan gəl çı...!"-deyə bildi sadəcə! Səhəri gün ağacın altında böyük izdiham var idi. Ağacın altından ağzı üstə uzanmış bir kişi meyidi tapılmışdı. Kişinin meyidi kənd camaatı tərəfindən kənd qəbiristanlığında basdırıldı. Dəfn etmə mərasimi bitər-bitməz bir payız yağışı başladı. Hər kəs evinə qaçdı. Bir nəfəri dəfn etməyi unutmuşdular. Bir nəfər üçün üzülməyi unutmuşdular. Bir nəfər üçün ağlamağı unutmuşdurlar. Bu vəzifələri yağış öz üzərinə götürərək ağac altında parçalara bölünmüş yarpağın quru cismini göz yaşları ilə yuyaraq,yumşaldaraq köhnə yarpaqların arasında dəfn etdi! Bir zamanlar ölməməsi üçün öz həyatını riskə atdığı şəxs tərəfindən öldürülən yarpağı dəfn etdi,yağış! Damcı namazı qılıb ayrıldı kənddən. Deyilənə görə,həmin payızda o kəndə bir daha yağış yağmadı.

 
Müəllif: İnqilab NASEH
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300