Xədicə Eminovanı Adil Vəliyev himayə edir?
 
252 nömrəli məktəb-liseyin direktoru onun ad gününü təbrik etməyən müəllimələri necə cəzalandırıb?
 
Hər yerdə Sabunçunun icra başçısının adından istifadə edən bu xanım oğluna Badamdarda villa tikdirir. Paytaxtın Sabunçu rayonunda yerləşən 252 nömrəli məktəb-liseydə təhsilin səviyyəsinin aşağı olması və direktor Xədicə Eminovanın səlahiyyətlərinə aid olan işləri lazımi şəkildə həyata keçirə bilməməsi haqda xəbər vermişdik. Məktəbdəki mənbələrdən verilən yeni məlumatlara görə, əslən Füzuli rayonundan olan direktorun təhsil sektorundan demək olar ki, heç bir anlayışı yoxdur:
 
"Xədicə xanımın yetərincə savadı yoxdur. 

Bunu Bakı Şəhər Baş Təhsil İdarəsinin rəhbərliyi də çox gözəl bilir. Sadəcə olaraq direktor bəzi şəxslərin, o cümlədən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin adını hallandırmaqla vəzifəsini qoruyub saxlamağı bacarır. Məktəb rəhbəri hər yerdə məhz Sabunçunun icra hakimi tərəfindən müdafiə olunduğunu deyir. O əvvəllər 170 nömrəli orta məktəbə rəhbərlik edirdi. 252 nömrəli məktəb-lisey daha qazanclı, həmçinin şagirdlərin sayı çox olduğu üçün bura direktor keçdi. Hazırda məktəbdə 2500-dən çox şagird təhsil alır. Məktəb rəhbəri bu şagirdlərin demək olar ki, hamısını müxtəlif yığımlara cəlb edir. Maraqlı bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Bir neçə il əvvəl məktəbdə müəllimlər günü qeyd edilən zaman mübahisəli vəziyyət yaranmışdı. Belə ki, direktorun ad günü ilə müəllimlər günü eyni günlərə təsadüf edirdi. Amma müəllimələr bu münasibətlə direktoru təbrik etməmişdilər. 

Bundan qəzəblənən Xədicə xanım bir neçə aylıq məktəbdəki ibtidai hazırlıq kurslarını ləğv etdi, müəllimləri səbəbsiz yerə incitdi. Vəziyyətin belə alındığını görən müəllimlər isə məcburiyyət qarşısında qalaraq maaşlarından 20 manat ayırıb direktoru gec də olsa təbrik etdilər. Yalnız bundan sonra Xədicə Eminovanın hirsi soyudu".
 
252 nömrəli məktəb-liseydəki mənbə həmçinin vurğulayır ki, direktor vəzifəsinə və kollektiv üzvlərinə biganə münasibət göstərir: «O çox vaxt işdə «tapıçka» ilə gəzir. Yalnız Təhsil Nazirliyindən və Bakı Şəhər Baş Təhsil İdarəsindən yoxlama gələndə ayaqqabı geyinir. 

Direktorla bağlı ən maraqlı məqam onun Qasım adlı şəxslə əlaqələri barədədir. Qasım adlı şəxs tikinti işləri ilə məşğul olur. Bu adam Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki bütün binaları penoplastla üzləmişdi. Həmçinin Badamdar qəsəbəsində də tikinti işləri aparır. Deyilənə görə, Xədicə Eminova Qasım müəllimi uzun illərdən bəridir ki, tanıyır. Onların münasibətləri daha sonradan qohumluq müstəvisinə keçib. Belə ki, məktəb direktoru oğlanlarından birinə Qasım adlı şəxsin qızını alıb». Özəl mənbələrdən aldığımız məlumatlara görə, Xədicə Eminova oğluna Badamdar qəsəbəsində qudası Qasım müəllimin yaşadığı imarətin yanında villa tikdirir. Bundan başqa, məktəb direktorunun oğlanlarının bahalı maşınlarda gəzdiyi də bizə verilən məlumatlar arasındadır. (xalqxeber.az)



 Yazı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300