ehmed-ehmedzade

Sabiq Milli təhlükəsizlik naziri Eldar Mahmudovun rəhbəri olduğu nazirlikdə yaratdığı mütəşəkkil cinayətkar dəstənin cinayətləri açılmaqda davam edir.  Demək olar ki, hər yeni gündə Eldar Mahmudov və onun dəstəsi barəsində ictimaiyyətə sensasion məlumatlar açıqlanmaqdadır.

MTN-dəki dəstə iş adamlarının əmlakına göz dikməsi, hədə-qorxu, şantaj yolu ilə onları müflis etməsi ilə yanaşı həm də ayrı-ayrı yüksək vəzifəli şəxslərdən də rüşvət alıb. Eldar Mahmudov vəzifəsini itirməzdən bir neçə ay əvvəl Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin 2 milyon pulunu alıb. Belə ki, Əhməd Əhmədzadə ətrafında əməliyyat hazırlayan MTN rəhbərliyi cəmiyyət sədrini hansısa maliyyə fırıldağında günahlandırmaq istəyib. Bu əməliyyata isə həbs olunduqdan sonra özünü asan MTN Anti- terror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyev rəhbərlik edib.

Çıxılmaz vəziyyətdə qalan Əhməd Əhmədzadə ətrafındakı şəxsləri  həbsdən qorumaq üçün tələb olunan 2 milyonu verib.

Məsələ ilə bağlı Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədrinin mövqeyini öyrənmək istəsək də buna nail ola bilmədik. Belə ki, Əhməd Əhmədzadənin köməkçisi onun mövqeyini öyrənib, bizə çatdıracağını desə də, buna əməl etmədi (Gununsesi.info).

Qeyd edək ki, bundan əvvəl də Eldar Mahmudovun bəzi məmurlardan "xərac” aldığı barədə məlumatlar yayılıb. Həmin məlumatlarda Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun, nəqliyyat naziri Ziya Məmmədovun adı çəkilirdi.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300