İcra başçısı ağacları kəsdirib, çayxana tikdirir – FOTO
 
Paytaxtın Nizami rayon icra başçısının ağac qətliamı səngimir. Taleyinə başçılar tərəfindən yaşıllıqları məhv edilmək yazılmış bu rayonda fasiləsiz ekoloji soyqırımı həyata keçirilir.
Vizual.az-a göndərilmiş daha bir fotodan görünür ki, metronun "Neftçilər” stansiyası yaxınlığındakı dayanacağın ətrafındakı ağaclar da bir gecənin içərisində kəsilib.
Rayonun icra başçısı Arif Qasımovun təlimatı əsasında reallaşan ağac qətliamına görə kimsə məsuliyyətə cəlb olunmur. Məlumatda deyilir ki, şəkildə görünən kəsilmiş ağacların yerində çayxana tikilir. Bundan əlavə, qəzet köşkünün yerini belə dəyişirlər.
Çayxananı ekoloji mühitin qorunmasından üstün tutan icra başçısı "8-ci kilometr” bazarı, Qara Qarayev prospekti ərazilərində də bir yaşıllıq saxlamayıb. A.Qasımov təyinat aldığı gündən etibarən Nizami rayonunda ağaclara qənim kəsilib. Sanki icra başçısı məhz bu işə görə icra başçısı postuna təyin olunub.
Nizami rayonuna bu günə kimi rəhbərlik etmiş bütün icra hakimlərinin dövründə yaşıllıqlar məhv edilib. Rayon ərazisində vaxtilə ağaclar olan yerlərdə indi dükanlar fəaliyyətdədir. A.Qasımov isə son həmlələrini etməkdədir.
İcra başçısı ağacları kəsdirib, çayxana tikdirir – FOTO
İcra başçısı ağacları kəsdirib, çayxana tikdirir – FOTO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300