Dünyada 1.3 milyard insan siqaret çəkir. Ölkəmiz Ümumdünya Səhiyyə təşkilatının apardığı araşdırmaya görə 20 ölkə içərisində 13-cü yerdədir. Azərbaycan çox siqaret çəkilən ölkələrdən biridir. Siqaret çəkənlərin əksəriyyəti onu tərgitməyin yolların axtarırlar. Siqaretdən qurtulmağın gözəl zamanı Müqəddəs Ramazan ayıdır. Oruc tutaraq bu bəladan xilas olmağın mümkünlüyünü ekspertlər də dilə gətirirlər. 

Siqareti atmaq istəyənlərə ekspertlərin verdiyi 5 tövsiyəni təqdim edirik:

1)Siqareti öz sağlamlığınız üçün çəkməyin

Siqareti başqasının xətrinə, məsələn ailə, uşaq və ya sevgilinizə görə tərgitməyə çalışmayın. Bu fədakarlıq duyğusu yaradır və bir müddət sonra yenə çəkməyə başlayarsınız.

2)Siqaretin əvəzinə heç nə daxil etməyin

Ramazan ayı siqaretdən qurtulmaq üçün ən gözəl zamandır. Lakin məsləhətdir ki, iftardan sonra siqaret çəkməyəsiniz deyə onun əvəzinə heç nə daxil etməyin. Yəni, saqqız çeynəmək, təsbehlə vaxtını keçirmək yaxud sahura (imsaqa) qədər yemək.

3)Hər kəsdən siqaretdən nə cür imtina etdiyini öyrənməyin

Siqareti tərgitmək istəyənlərin çoxu bundan canını qurtaranlara məsləhət almaq üçün yanaşarlar. Kimisi "yarım saat çəkib atdım","sol əlimlə çəkdim","təsbehlə vaxtımı keçirdim" kimi yersiz fikirlər bildirər. Bu fikirlərin heç biri sizin siqareti atmağınıza kömək edə bilməz. Siqaretdən qurtulmaq üçün yaxınlaşdığınız mütəxəssis də sizi buna psixoloji cəhətdən hazırlamalıdır. Əgər o da "iradənə sahib ol" deyəcəksə mütəxəssisinizi dəyişin.

4)Onu yada salan şeylərdən qaçmayın

Məsələn çay içmək. Əgər çay içərkən siqaret də çəkirdinizsə, siqareti atandan sonra çaydan uzaq durmayın. Çay içmək istəməyib içmirsinizsə bunun ziyanı yoxdur, amma sırf siqaretsiz içə bilməyəcəyinizi düşünərək çaydan uzaq durmaq ziyan verməkdən başqa bir şey deyildir. Siqaretlə eyni vaxtda etdiklərinizi onu tərgitdikdən sonra da edin ki, tamamilə bu vəziyyətə uyğunlaşasınız.

5)Siqaretin sayın azaltmayın, beyninizə həkk edin və dayandırın

Siqareti azaltmaq onu atmaqdan çətindir. Siqaret nikotin məhulusudur. Onu əksinə daha çox çəkməklə qarşılaşarsınız.(moderator)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300