Nalbandyan Ruhaniyə Qarabağa görə təşəkkür edib

 

Nalbandyan və Ruhani Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. 


 

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və İran prezidenti Həsən Ruhani Tehranda Dağlıq  Qarabağ münaqişəsini müzakirə ediblər.

ANS PRESS-in məlumatına görə, müzakirələr barədə xəbəri Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

 Ruhani bildirib ki, İran regionda sülhü, sabitliyi və təhlükəsizliyi həmişə dəstəkləyir. "İran bütün problemlərin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsinin də beynəlxalq hüququn prinsipləri əsasında sülh yolu ilə nizamlanmasını dəstəkləyir”, - deyə Ruhani bildirib.
Edvard Nalbandyan isə İran prezidentinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə görə təşəkkür edib. 

Görüşdə iqtisadi, mədəni, ticarət, enerji, tranzit, nəqliyyat, yükdaşıma, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığa və dost münasibətlərə toxunan Ruhani deyib: 
"Bu gün sanksiyalardan sonra yaranmış şərtlər daxilində iki ölkənin ticari-iqtisadi əlaqələrinin inkişafı üçün çox yaxşı fürsət var. Bu fürsətdən istifadə edərək bütün sahələrdə əməkdaşlıq səviyyəsini gücləndirməliyik. Məhsul nəqli və daşınmasında İranla Ermənistanın əlqələrinin inkişafı bugünkü şərtlərə tam uyğundur. Biz Ermənistan üzərindən Qara dənizi Fars körfəzinə bağlayacağıq".

Görüşün sonunda Həsən Ruhani Ermənistana səfər etmək niyyətində olduğunu deyib.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ötən gün İrana səfər edib. Nalbandyan iranlı həmkarı Məhəmməd Cavad Zəriflə də görüşüb. Edvard Nalbandyanın səfəri İran və Ermənistan arasında viza rejiminin ləğv edilməsindən sonraya təsadüf edib.  

İyunun 2-də Ermənistan hökuməti İrəvanla Tehran arasında ölkəyə giriş vizalarının ləğv edilməsi haqqında sazişi təsdiqləyib. Ermənistan mətbuatının verdiyi məlumata görə, bu məsələ son günlər gündəmdə idi. Bundan əvvəl Ermənistan Nazirlər Kabinetinin rəsmi saytında hökumətin növbəti toplantısında vizaların ləğv edilməsi haqqında sazişin müzakirə ediləcəyi haqda məlumat dərc edilmişdi.

Sənədə əsasən, Ermənistan və İran İslam Respublikasının vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə və 90 gündən 180 günədək ölkə ərazisində qala biləcəklər.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300