Oruc tutanlar bu qaydalara əməl etsinlər
 
İyunun 7-si on bir ayın sultanı ramazan başlayır. Artıq bir neçə ildir ki, orucluq yay aylarına təsadüf edir. Bu il ramazan ayında təxminən 17 saat ac qalmaq lazımdır. Bu vəziyyəti imsak və iftar arasında sağlam şəkildə nizamlamaq əhəmiyyət daşıyır. Türkiyəli dietoloq Tuba Örnəkin bu barədə məsləhətlərini təqdim edir.

Dietoloq qeyd edir ki, ramazan ayında təxminən 17 saat davam edən aclıq vəziyyətini idarə edə bilmək imsak və iftarda doğru və balanslı qidalanma proqramı ilə mümkün ola bilər: "Uzun müddət davam edən aclıq bədəndə maddələr mübadiləsinin sürətini yavaşladır. Qidalanma proqramındakı məqsəd çəkini sabit saxlamağa çalışmaq olmalıdır. Ramazandan əvvəl çəki vermə müddətində olan insanlar üçün də məqsəd arıqlamağa davam etmək deyil, eyni çəkini qorumağı dəstəkləməlidir".

T. Örnek oruc tutanlar üçün bəzi məsləhətlər də irəli sürüb.

- Susuzluğun qarşısını almaq üçün orucdan əvvəl və sonra təxminən 2 litr su için.

- Həddindən artıq kaloriyə səbəb ola biləcək şəkərli, kremli, qaymaqlı, qızardılmış ağır yeməklərdən, kolbasa, sosis kimi işlənmiş yağlı qidalardan, turş və şəkərli içkilərdən, susuzluğu artıran şoraba və turşulardan uzaq durun.

- İmsakda yavaş həzm edilən və gün boyu təsirini davam etdirən lifli qidalara üstünlük verin. Tərəvəz, meyvə və lifli çörəklər əhəmiyyətlidir. Eyni zamanda nahar tərzində olan, zülal ehtiva edən pendir və yumurta yeyin.

- İftarda yeməyə 2-3 dənə xurma ilə başlamaq yaxşı ideyadır. Xurma karbohidrat, lif,  kalium və maqnezium qaynağıdır. Sonra  şorba ilə yüngül bir başlanğıc edib ara verməklə və yavaş-yavaş çeynəyərək çox ədviyyatlı olmayan, qızardılmayan və az duzlu ana yeməyə keçə bilərsiniz. Yeməyinizə tam taxıllı qidalar yoldaşlıq edə bilər.

- Kofeinli içkiləri (çay, qəhvə və s.) məhdudlaşdırın. Çünki bunlar sidikqovucu təsirə malikdir. Yəni bədəndən maye itkisinə səbəb olurlar.(lent.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300