'Google' Hillari Klintonu dəstəkləməkdə günahlandırıldı
 
İnternet nəhəngi öz auditoriyasına mütləq şəkildə təsir edir.

"Wikileaks" resursunun yaradıcısı Culian Assanc "Google" şirkətini Hillari Klintonun seçki qabağı kampaniyasını dəstəkləməkdə ittiham edib. ANS PRESS-in məlumatına görə, bu barədə o, "Jurnalistikada yeni era" adlı mediaforumda çıxışı zamanı bildirib.

Assanc həmçinin onu da qeyd edib ki, internet nəhəngi Ağ Evlə əmkdaşlıq edir və ABŞ prezidentliyinə namizədliyini Demokratlar Partiyasından irəli sürən Hillari Klintonu seçkiqabağı kampaniyada dəstəkləyir.

Bundan başqa, o həm də vurğulayıb ki, "Google" internetdə informasiya axınını idarə etməyə qadirdir.

""Google" Vaşinqtonla həm biznes, həm də fərdi səviyyədə sıx inteqrasiya edir. Şirkət həmçinin Hillari Klintonun seçki kampaniyasında bir-başa iştirak edir. Xidmət qarşılığında xidmət",- deyə Assanc bildirib.


O, əlavə edib ki, internet nəhəngi öz məqsədləri üçün ABŞ Dövlət Departamentindən də istifadə edib. O vurğulayıb ki, ""Google" öz auditoriyasına mütləq şəkildə təsir edir".

Assanc "Google"nin dövlət katibi Con Kerrinin 2013-ci ildə Suriya hücumlar həyata keçirməyin zərurəti barədə çağırışlarını işıqlandırmaq üçün istifadə etdiyini xüsusilə xatırladıb.

Beynəlxalq mediaform 6-7 iyun tarixlərində Moskvada baş tutub. Forumda dünyanın 30-a yaxın ölkəsində Fransa, Hindistan, Rusiya, Ermənistan, Misir, ABŞ, Böyük Britaniya və Azərbaycandan media ekspretləri iştirak edib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300