tomat

"Rusiyadan Azərbaycana gətirilən bəzi tomat pastalarının tərkibində benzoy və sorbat turşuları var”.

Bu barədə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, AİB pərakəndə satış nöqtələrində istehlakçıların verildiyi məlumatlara əsasən araşdırmalar aparıb və həmin məhsulların tərkibində insan sağlamlığı üçün zərərli maddələr var: "Məhsulun tərkibinə həmçinin şəkli dəyişdirilmiş kartof nişastası və natrium benzoatın da əlavə olunduğu məlum olub. Bu kimyəvi maddələr yeməklərin hazırlanması zamanı isti temperaturun təsiri ilə kanserogen maddəyə çevrilir və nəticədə xərçəng kimi dəhşətli xəstəliyə yol aça bilir. İstehlakçıların böyük bir hissəsinin bu maddələr barədə məlumatsız olması və məhsul alarkən onun tərkibi barədə məlumata diqqətsiz yanaşması onların həyatı üçün ciddi təhlükəyə səbəb ola bilər”.

E.Hüseynov deyib ki, tomat pastalarının tərkibində benzoy, sorbat turşuları, nişasta və digər zərərli qatqılardan istifadə edilməsi onların pomidordan deyil, yarım fabrikatlardan və digər qatqılardan hazırlandığını göstərir: "Rusiyadan idxal olunan tomat pastalarında bir məqam da istehlakçının diqqətini cəlb etməlidir. Belə ki, yararlılıq müddəti 1 il göstərilən tomat pastasının tərkibində qeyd olunan zərərli əlavələr var, lakin yararlılıq müddəti 2 il olan tomat pastasının etiketində zərərli qatqıların adı qeyd olunmayıb”.

O vurğulayıb ki, AİB sözügedən tomat pastalarının laborator araşdırmasını aparacaq. (Report)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300