SOCAR-ın "Avro-2016”nın final mərhələsinin rəsmi tərəfdaşlarından biri olmaq üçün ödədiyi məbləğ məlum olub. Bunun üçün şirkət təşkilatçılara 70 milyon avro (təxminən 120 milyon manat) ödəyib.
Bildirilir ki, SOCAR-ın bu turnirdə reklamının təşkilinin əsas məqsədi Avropada olan yanacaqdoldurma məntəqələrinin tanıdılmasıdır.
Xatırladaq ki, Fransanın Avropa çempionatından təxminən 4 milyard gəlir götürəcəyi proqnozlaşdırılır. (olke.az)