aliyev-sarkisyan

Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında Qarabağ münaqişəsinə dair danışıqlar bundan əvvəl erməni mənbələrinin bildirdiyi kimi iyunun 26-da deyil, 20-də olacaq. Virtualaz.org xəbər verir ki, görüşün tarixini Putinin köməkçisi Yuri Uşakov açıqlayıb.

O, bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Sankt-Peterburqa beynəlxalq iqtisadi forum çərçivəsində baş tutacaq. "İyunun 20-də Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin məlum Dağlıq Qarabağ probleminə dair üçtərəfli danışıqları planlaşdırılır”, – Uşakov jurnalistlərə bildirib.

Y.Uşakov deyib ki, Putin əvvəlcə Serj Sərkisyan və İlham Əliyevlə ayrılıqda görüş keçirəcək, sonra üç prezident birgə danışıqlar aparacaqlar. "Təbii ki, bizim tərəfimizdən münaqişənin nizamlanması üçün tərəflərə fəal təsir cəhdləri ediləcək”-Putinin köməkçisi bildirib. Uşakov əlavə edib ki, Rusiya aprelin əvvəllərində döyüş əməliyyatlarının dayandırlmasında həlledici rol oynayıb.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupu həmsdərlərinin Sankt-Peterburq görüşündə hansı formada iştirakı hələ müəyyən deyil. Ehtimal ki, bu iştirak formal xarakter daşıyacaq və prezidentlərin görüşündən sonra xarici işlər nazirləri nəticələr barədə həmsədrləri məlumatlandıracaq. Sankt-Peterburq görüşü münaqişənin nizamlanması yollarına dair uzun müddətdir dayanmış danışıqların bərpasıdır. Ancaq gözlənilir ki, təmas xəttində atəşkəsin monitorinqinə dair yeni mexanizmlər də həmin görüşdə müzakirə olunacaq.

***

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü iyunun 26-da Sankt Peterburqda olacaq.

Bu haqda Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüşdə Vyanada əldə edilən razılaşmanın həyata keçməsi məsələsinin müzakirə ediləcəyi gözlənilir. ("Report”)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300