ilqar-mammadov

Bu gün REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Schennach və Cezar Florin Preda ilə görüşdüyü bildirilir.

REAL-ın yaydığı məlumata görə, İlqar Məmmədov görüşdə bildirib ki, həmməruzəçilərin siyasi məhbus mövzusuna yanaşması onu heç qane etməsə də, bu sahədəki çalışmalarında onlara uğur arzulayır.

S.Schennach və C.F.Preda iyunun 15-dən Azərbaycanda səfərdədirlər. Onları səfərlərinin ilk günü prezident İlham Əliyev qəbul etmişdi. Günün ikinci yarısında isə onlar hüquq müdafiəçiləri, media və müxalifət partiyalarının təmsilçiləri ilə görüşmüşdülər.

2013-cü ildə İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunan İ.Məmmədov 7 il azadlıqdan məhrum edilib.

2015-ci ilin əvvəlində Avropa İnsan Haqları Məhkəməsi İ.Məmmədovun buraxılması barədə qərar çıxarıb. AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Avropa Məhkəməsinin qərarından sonra onun işinə Şəki Apellyasiya Məhkəməsində təkrar baxılıb. Məhkəmə aprelin 29-da siyasətçi barəsində hökmü qüvvədə saxlayıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300