big_1460992579_unibank

"Unibank bir müştərisini intihar həddinə catdırıb”.

Bu barədə tanınmış jurnalist Ramal Hüseynov açıqlama verib. O, bildirib: "Bankdan qadın müştəriyə deyirlər ki, indi 300 manat verməsən, 500 manat borc yazacağıq. Qadını son həddə çatdırıblar. Bu qədər qansızlıq hələ görməmişəm. Azərbaycanlıyıq biz yəni?”

Tezis.az xəbər verir ki, jurnalist bu hadisə ilə bağlı banka zəng edib və məsələnin nə yerdə olduğunu müvafiq şəxslərə çatdırıb:

"Əgər Bazar ertəsinə qədər məsələ bu vəziyyətdə davam etsə, bütün jurnalist dostlarımdan xahiş edəcəm ki, bu məsələni gündəmdə saxlasınlar. Bu gün o qadın, sabah isə bizim yaxınlarımız bu vəziyyətə düşə bilər”.

Bankdan sorğuya cavab alan tanınmış jurnalist daha sonra bunları yazdı:

‎Unibank‬ dan zəng etdilər. Şəxsi fikrimi və düşüncəmi yazıram, Unibank müasir reketçilik ilə məşğuldur deməli. Vətəndaş borcunu verə bilmir, və Unibank Kollektor adlanan müasir vorzakonn şirkətlə müqavilə bağlayır. Bu vətəndaşı bir mal kimi satır o şirkətə və o şirkətdən öz pulunu alır və müştərini Kollektor şirkəti ilə baş başa buraxır. Kollektor şirkətinndə də insanları dinləməyən, telefonu üzünə bağlayan insanlar oturub. Nə edirsən et, ged pulu gətir deyirlər. Dəxli yoxdur istəyirsən intihar et.

Deməli bank kredit verəndə ata-anasinin metirkasına qədər istəyir sonra pul verir, sonra da vətəndaş borcunu ödəmək üçün möhlət istəyəndə Onu kolletkor adlanan müasir reketlərin əlinə verir ki gedin pulu alın. Buna guya şirkət deyirlər, amma bu müasir reket və vorzakonluqdur. #Unibank ın qara üzü və qara işləri. Haram olsun belə yolla qazanılan pullar. Utanmadan da danışırlar ki bu müasir sistemdi falan filan. Bütün jurnalist doslarımdan xahiş edirəm Bu məsələnin üstünə gedək. Yazıları paylaşaq. Bu vorzakonluq eləmək istəyənlər ən azından üzə çıxsınlar.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300