meyit3

Xaçmaz rayonunda kişi meyiti tapılıb.

Meyit rayonun Mehrəliqışlaq kəndi ərazisində meyvə bağlarından birində aşkar edilib. Dərhal məlumat daxil olan hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə baxış keçirib və və ölən şəxsin Daxili İşlər Nazirliyinin xüusi əhəmiyyətli obyektlərin qorunması idarəsinin əməkdaşı olduğu məlub.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib və ilkin araşdırmalar zamanı onun üzərində heç bir fiziki xəsarət aşkar edilməyib. Onun ürək tutmasından vəfat etdiyi bildirilir.

Ölən polis əməkdaşının meyiti tapılan ərazinin onun özünə məxsus olduğu bildirilir.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb, hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Bir neçə gün əvvəl isə şümal bölgəsinin rayonlarından olan Qusarda üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapılıb. Rayonun Kuzunqışlaq kəndində Samur-Abşeron kanalının kənarında Qusar şəhər sakini, 56 yaşlı Əzizulla Verdi oğlu Məmmədovun boğulmuş halda meyiti tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olub. Onun boğularaq qətlə yetirildiyi ehtimal olunur.

Məlumata görə, qətlə yetirilən şəxs – 56 yaşlı Əzizulla Verdi oğlu Məmmədov fəhlə olub. Onun beş uşağının olduğu bildirilir.

Mərhumun qardaşı Eynulla Məmmədov qardaşının düşmənlərinin olmadığını və mübahisəyə meyilli insan olmadığını bildirib. (anspress)


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300