bitmap-img6

İstanbulun Atatürk hava limanında törədilən terror aktı ilə bağlı İŞİD terror qruplaşmasının 20-dək üzvü həbs olunub

 


APA-nın xəbərinə görə, bu sözləri terror aktının törədildiyi Atatürk hava limanına baş çəkmiş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 
"Əldə olunan son faktlar İŞİD-in terror aktı ilə əlaqəli olduğunu təsdiqləyir”, - deyə Ərdoğan bildirib.   
 
Qeyd edək ki, ötən gün Türkiyə mətbuatı hüquq-mühafizə orqanlarında mənbəyə istinadən özünü partladan terrorçulardan ikisinin Rusiya vətəndaşı Rakim Bulqarov və Vadim Osmanov olduğunu bildirib.
 
İŞİD üzvü Çeçen əsilli Əhməd Çatayevin Atatürk hava limanında törədilən terror aktının təşkilatçısı olduğu ehtimal edilir.  
 
Türkiyə terror aktının təşkilatçısı olduğu ehtimal edilən Çeçenistanın Veden rayonunun sakini  Əhməd Çatayev bir müddət Gürcüstanda yaşayıb. Gürcüstan vətəndaşlığı aldıqdan sonra o, 2015-ci ildə Suriyaya yollanıb.   
 
Bundan əvvəl Türkiyə mətbuatı prokurorluq orqanlarına istinadən  Atatürk hava limanında  terror aktının icraçılarının Rusiya (Dağıstan), Qırğızıstan və Özbəkistan vətəndaşları olduğu barədə məlumat yayılıb.  

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300