dunya-miyatovich1

«Biz jurnalist Xədicə İsmayılın həbsdən buraxılmasından məmnunuq. Ancaq təəssüf ki, onun ölkədən çıxışına əngəllər var. Bunun nəticəsində o, bizim konfransa da qatıla bilməyib».

Bu sözləri ATƏT-in media azadlığı ofisinin rəhbəri Dunya Miyatoviç Gürcüstan paytaxtı Tbilisidə keçirilən 13-cü Cənubi Qafqaz Media Konfransının açılış mərasimində deyib.

D.Mijatović Cənubi Qafqazda və özəlliklə Azərbaycanda medianın durumuna toxunaraq, problemləri sadalayıb. Onun deməsinə görə, jurnalistlərin uydurma, təşkil edilmiş eyni ittihamlarla həbsi narahatlıq doğurur.

«Təəssüflər olsun ki, xeyli belə hallar hələ də var. Belə ittihamlara məruz qalan həmin jurnalistlər ictimaiyyətə doğru bilgiləri, həqiqətləri çatdırırlar. Hökumətlər onların səsini kəsmək, susdurmaq üçün belə addımlara əl atır», – Dunya Miyatoviç deyib.

O, jurnalistlərə qarşı fiziki, psixoloji basqıların olmasından danışıb. Dunya Miyatoviç-in düşüncəsinə görə, ən pisi odur ki, həmin basqı halları araşdırılmamış qalıb.

ATƏT-in media azadlığı ofisinin rəhbəri çıxışının sonunda hökumətləri jurnalistlərə qarşı pozuntuları, basqı olaylarını araşdırmağa, medianın fəaliyyətinə əlverişli ortam yaratmağa çağırıb. «Bunlarsız demokratik inkişaf mümkün deyil», – deyə Dunya Miyatoviç vurğulayıb.

«AZAD MEDİA TƏKCƏ BEYNƏLXALQ ÖHDƏLİKLƏRİMİZ DEYİL…»

Açılış mərasiminə qatılan Gürcüstanın xarici işlər naziri Mikheil Janelidze isə ölkəsində medianın durumundan bəhs edib. Öz ölkəsində jurnalistlərə qarşı basqı mühitinin olmadığını ifadə edən nazir Gürcüstanın media azadlığı ilə bağlı öhdəliklərə sadiq olduğunu bildirib: «Azad media, plüralizmin təmini bizim təkcə beynəlxalq öhdəliklərimiz deyil, həm də öz hədəflərimizdir».

Nazir son illərdə Gürcüstanda media qanunvericiliyinin, özəlliklə də rəqəmsal yayımın tənzimlənməsi ilə bağlı liberal islahatların aparılmasına toxunub. «Gürcüstanın bu sahədəki qanunvericiliyi ən liberallardandır. Həm mühitdə, həm də qanunvericilikdəki irəliləyişlərin nəticəsidir ki, ölkəmiz media azadlığına görə 15-ci mövqedə dayanır», – nazir bildirib.

ATƏT-in Cənubi Qafqaz ölkələri üzrə media konfransı hər il keçirilir. Builki toplantı iki gün davam edəcək. Toplantıda təhlükəsizlik, ənənəvi və yeni medianın inkişafı istiqamətləri müzakirə ediləcək.

Konfransa hökumət nümayəndələri də qatılıblar.



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300