Lukas Podolski Almaniya millisindəki karyerası ilə bağlı açıqlama verib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, "Avro-2016"nın kubokunu qazanacaqları təqdirdə, millidən gedəcəyini söyləyib:
"2018-ci ildə keçiriləcək dünya çempionatı mənim milli ilə 9-cu turnirim ola bilər. Ancaq Avropa çempionu olsaq, bu turnir mənim üçün sonuncu olacaq".
Qeyd edək ki, L.Podolski indiyə kimi Almaniya millisi ilə 129 oyunda iştirak edib.