Avropa Liqası: 'Qəbələ' növbəti mərhələyə yüksəlib
 
Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatının bürünc mükafatçısı "Qəbələ” də növbəti matçına çıxıb.
 
Roman Qriqorçukun yetirmələri üçün qarşılaşma formal xarakter daşıyırdı. Belə ki, ilk oyunda Bakıda əldə olunan 5:1 hesablı darmadağından sonra səfərə rahat yollanan qəbəlilər məğlub olsalar da, növbəti mərhələyə yüksəliblər.
 
Hesabı meydan sahibləri açıblar. Zivzivadze 14-cü dəqiqədə özünə qarşı kobudluğa görə təyin olunan penaltini qola çevirib. Hissənin sonlarına yaxın "Qəbələ"nin yeni qolçusu Teo Uiks hesabı bərabərləşdirib.
 
İkinci hissə bərabərsəviyyəli oyun gedib. Azarkeşlər bir də matça əlavə olunmuş 2-ci dəqiqədə qol izləyiblər. Meydan sahiblərindən Şergelaşvili qələbə qolunu vurub.
 
Ancaq məğlubiyyətə baxmayaraq, turu keçən tərəf təmsilçimiz olub.
 
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
 
"Samtredia” (Gürcüstan) – "Qəbələ” - 2:1
Qollar: Zivzivadze, 14, Şergelaşvili, 90+2 - Uiks, 42
 
Baş hakim: Georgios Kizas
Baş hakimin köməkçiləri: Çasan Koula, İoannis Sipkas
Dördüncü hakim: Aleksandros Aretopulos (hamısı Yunanıstan)
Zestafoni. David Abaşidze stadionu
İlk oyun – 1:5

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300