Şahruk Xan Ramazan bayramında jurnalistləri evinə yığdı

 

Aktyor gələcək planları barədə məlumat verib. 

 


Hindistanın məşhur aktyoru Şahruk Xan Ramazan bayramında jurnalistləri evinə dəvət edib.

ANS PRESSS-in məlumatına görə, Bollivudun super ulduzu Şahruk Xan Ramazan bayramını Mumbay şəhərində yerləşən evində qeyd edib.

Məlumata görə, aktyor bayram əhval-ruhiyyəsini paylaşmaq üçün evinə jurnalistləri də dəvət edib. Ulduz qısa brifinqdə hamının bayramını təbrik edib və gələcək layihələri barədə danışıb.

O, avqust ayının sonunda rejissor İmtiyaz Əlinin yeni filminin çəkilişlərinə qatılacağını bildirib. Adını açıqlamadığı filmdə aktyor məşhur hind aktrisası Anuşka Şarma ilə tərəf müqabili olacaq. 

Jurnalistlərə verilən açıqlamadan sonra Xan 3 yaşlı oğlu Abramla bir yerdə evi qarşısına toplaşan fanat ordusunu salamlayıb. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300