Qondarma erməni soyqırımı layihəsindən sonra ilk - Ərdoğan və Merkel üz-üzə gəldi

 

Türkiyə prezidenti və Almaniya kansleri Varşavada görüşüblər. 


 

NATO sammiti çərçivəsində Polşanın paytaxtı Varşavada olan Türkiyə  prezidenti Rəcəb Tayyib  Ərdoğan Almaniya kansleri Angela Merkellə görüşüb. 

ANS PRESS-in məlumatına görə, bu, tərəflərin saxta "erməni soyqırımı" layihəsinin Almaniya parlamentində tanınması, eləcə də alman deputatların İncirlik hərbi bazasına buraxılmaması nəticəsində yaşanan gərginlikdən sonra baş tutan ilk görüşü olub.

Türkiyə prezidenti Ərdoğan və Almaniya kansleri bir müddət söhbət ediblər, şəkil çəkdiriblər. 

Görüşdə iki ölkə əlaqələri ilə yanaşı miqrant axını, terrorla mübarizə kimi mövzular müzakirə olunub. Mətbuata qapalı olan görüş bir saat davam edib.
Bununla Ərdoğan və Merkel, alman parlamentinin 1915 hadisələrini "soyqırım" olaraq tanıması və alman millət vəkillərinə İncirlik bazasını ziyarət icazəsi verilməməsilə Ankara-Berlin xəttində yaranan gərginliyin ardından ilk dəfə üz-üzə gəlmiş olublar. 

Varşavada keçirilən NATO-nun zirvə görüşündə 28 ölkənin dövlət və hökumət başçıları iştirak edir.
İyunun 2-də Almaniya Bundestaqı Türkiyənin etirazlarına baxmayaraq erməni "soyqırımı” layihəsini səsverməyə çıxarıb. Bundestaq qondarma erməni "soyqırımı" ilə bağlı qətnaməni qəbul edib. 

Qətnamə  "101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır. Səsverməyə Almaniya kansleri Angela Merkel qatılmayıb. Qətnamə bir əleyhinə, bir bitərəf səslə qəbul edilib. Türkiyə  və Azərbaycan Almaniya parlamentinin bu addımını kəskin şəkildə pisləyib. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300