"Narkomaniyaya daha çox varlı təbəqələrin uşaqları cəlb olunur”.


Bu sözləri Axar.az-a Azərbaycanda xüsusən də gənclər arasında bu xəstəliyin geniş yayılmasına münasibət bildirərkən psixoloq-psixoterapevt Dəyanət Rzayev dedi. Onun sözlərinə görə, Azərbaycanda gənclər arasında bu hal geniş yayılıb. Belə şəxslər təkcə ətrafdakılar yox, öz yaxın çevrələri və ailə üzvləri üçün də çox təhlükəli olurlar:

"Narkomaniya xroniki, sağalmayan, regitiv (təkrar baş vermə) olunan bir xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı buna ciddi riayət edir. Bu xəstəlikdə şəxsiyyətin prodatsiyası getmir, ancaq insanın motivasiyası dəyişir. Çox təəssüflər olsun ki, bu xəstəliyin ən pis tərəfi  narkoman olmuş şəxsin başqalarını da yoluxdurma marağı və burda güdülən hansısa məqsədlərdir. Bu gün cəmiyyətimizdə insanların narkomaniyaya cəlb olunmasında kateqoriya baxımından kəskin bir fərq müşahidə olunur. Yəni bu işdə ən çox zərər görən varlı təbəqələrin uşaqlarıdır. Əlbəttə ki, burada maddi maraqlarla yanaşı, başqa səbəblər də yer alır”.

38 milyon insanı ÖLDÜRƏN PREPARAT Azərbaycanda açıq satışda

Psixoloq bildirdi ki, narkomaniyada iki formada asılılıq var: psixi və fiziki. Fiziki asılılığın müalicəsi olsa da, digərinin çarəsi yoxdur. Narkomaniya xəstəliyinə yoluxmuş şəxslərin cəmiyyət üçün ən təhlükəli tərəfi onların yoluxdurma marağıdır. Bu yolda isə onlar müxtəlif üsullardan: aldatma, zor tətbiq etmədən istifadə edərək məqsədlərinə nail olmağa çalışırlar.


D.Rzayev son zamanlar gənclər arasında özəlliklə psixo-narkomaniyanın geniş yayıldığını qeyd etdi:

"Tibdə "Morfi”, "Tramadol” kimi preparatlar narkotik tərkibli ağrıkəsicilərdir ki, müxtəlif xroniki xəstəliklərdə istifadə olunur. Ancaq "Tramadol” preparatından istifadə edən narkomaniya aludəçilərində bu sonradan insan orqanizmində birbaşa sümük toxumaları və hüceyrələrə təsir etdiyindən müəyyən bir müddətdən sonra asılılıq yaradaraq insanda bütün orqanların sıradan çıxmasına səbəb olur. 1960-cı ildən 2004-cü ilə qədər "Tramadol”un yaratdığı asılılıq nəticəsində 38 milyon insan ölüb.  Çox təəssüflər olsun ki, bu gün nəinki xarici ölkələrdə, Azərbaycanda da bu dərmanın reseptsiz satışına şərait yaradan apteklər var. Bu preparatdan yalnız sağalmayan və ağır durumda olan xəstəliklər üçün istifadəyə icazə verilir. Əks təqdirdə qeyri-qanunu psixo-preparatların dövriyyəsi ilə məşğul olmaq cinayətdir”.


Psixoloqun sözlərinə görə, istifadəçilər bu xəstəliyə tutulduqdan sonra ən çoxu üç və ya dörd il arasında ölürlər:


"Çox acınacaqlı bir haldır ki, heç şəxsiyyət ifadəsinə layiq olmayan bu xəstələr çıxdıqları bu yolun sonunun olmadığını, yeganə çıxış yolunun ölüm olduğunu bilə-bilə başqalarını da bu bataqlığa sürükləyirlər. Burada varlı ailələrinin uşaqları sadəcə olaraq maddi mənbə qurbanına çevrilirlər”.

Psixoloq-psixoterapevt Dəyanət Rzayev sonda onu da qeyd etdi ki, narkomaniyaya yoluxmuş xəstələr müalicəyə üz tuturlarsa, bunun altında sağalmaq yox, başqa səbəblər gizlənir. Uzun müddət narkotik aludəçisi olmuş şəxslərin əsas məqsədi müalicə alaraq qanlarını təmizlətdikdən sonra yenidən buna başlayaraq əvvəlki həzlərini bərpa etməkdir. Buna görə də bu problem çox ciddi və təhlükəli olduğundan xüsusən də gənclərimiz bu tələyə düşməmək üçün hər an ehtiyatlı olmalı, öz çevrələrini daim gözdən keçirməlidirlər.

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300