Millət vəkillərindən etiraz:
 
Artıq 10 gündür ki, rəsmi olaraq payız-qış mövsümünə keçsək də, mənzillərə istilik verilməsi bərpa olunmayıb. Problemin səbəbi kimi "Azəristiliktəchizat”ın "Azəriqaz” İB-ə borcunun olması göstərilir. İki qurum arasındakı mnübahisə və anlaşılmazlıq əhalini soyuqda qoyub. Mənzillər, uşaq bağçaları, məktəblər, xəstəxanalar istilik üzünə həsrət qalıb. 

Təəccüb doğuran bir nüans da odur ki, bu duruma vətəndaşlar da daxil olmaqla ,bütün ictimaiyyət, rəsmi qurumlar səssiz qalıb. Əhali zaman-zaman şikayət etsə də , kəskin bir etiraz bildirilmir. Elə bunun nəticəsidir ki, problem 10 gün ərzində həllini tapmayıb və nə zaman həll olunacağı da məlum deyil. Lakin kimsə, "Azəristiliktəchizat”ın borcu səbəbindən xalqın soyuqda donmasına etiraz etmir. 

"Yeni Müsavat” olaraq artıq neçənci dəfədir ki, bu məsələyə aydınlıq gətiməyə çalışsaq da adı çəkilən qurumların rəsmiləri fərqli bir söz demirlər. 

Azəristiliktəchizat” ASC-nin  abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev qəzetimizə açıqlamasında problemin bu həftə də davam edəcəyini bildirib: "Bir neçə gündür ki, bizim rəhbərliklə "Azəriqaz”ın rəhbərliyi arasında danışıqlar gedir. Xeyli qazanxanaların qaz təchizatı bərpa olunub. Qalan digər qazanxanaların qazla təmin olunması ilə bağlı da danışıqlar gedir. Söz veriblər ki, hamısına qaz verəcəklər. Bundan başqa borclarla bağlı da hökumətə müraciət etmişik. Hökumətdə hazırda bu məsələyə baxılır. Onlar da yəqin ki, bir –iki günə qəarar verəcəklər. Hər gün təxminən 50-ə yaxın qazanxanını qazla təmin edir, ümumilikdə 300 qazanxanaya qaz verilib. "Azəriqaz” hər hansı güzəştə getməyib. Borclar qalır. Müəyyən qismini ödəmişik. Qalan hissəsinin də ödəniləsinə çalışırıq. Onlar da bir qədər güzəşt etsələr yaxşı olar ki, həmin borc ödənilənə qədər vətəndaşlarımız soyuqda qalmasın. 

Danışıqlara görə, qazanxanalar  qrafik əsasında işə salınır, hamısına birdəfəyə qaz vermirlər. Hər gün təxminən 50-60 qazanxana qazla təmin olunur. Danışıqlar davam edir və müsbət nəticə verir.  Mənzillərin hamısına istiliyin nə zaman  veriləcəyi dəqiq bilinmir. 
Qazanxanalarda hər hansı problem yoxdur və bütün qazanxanaların sənədləri hazırlanıb noyabrın 15-dən öncə "Azəriqaz”a təhvil verilib. O zaman qazanxanaların əksəriyyətinin qazı açılmışdı, sonradan gəlib borca görə bağladılar. İndi danışıqlar getdikcə tədricən qazanxanalara qaz verilir”. 

"Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev isə  "Yeni Müsavat”a açıqlamasında borcu olmayan qazanxanaılara qaz verildiyini bildirdi: "Aidiyyatı qurumun da bildirdiyi kimi müraciətlər daxil olur və hansı qazanxanaların borcu yoxdursa və ya 1000 manatdan aşağıdırsa, həmin qazananalara təbii qazın verilməsinə göstəriş verilib.   Digər məsələlərlə baölı da müraciət olunub və araşdırılır. Nə qərar veriləcəksə, biz bununla bağlı ictimaiyyətə məlumat verəcəyik”. 

Millət vəkili Fazil Mustafa mətbuata açıqlamasında hökumətin bu məsələyə müdaxilə etməsini vacib sayıb:" Paytaxt əhalisi soyuqdan əziyyət çəkir. İstiliyin olmaması insanları pis vəziyyətdə qoyub. Bu borcu dövlət qurumları öz aralarında həll etməlidir. Lazım gəlsə hökumət müəyyən vəsait ayırmalıdır, hökumətin bu istiqamətdə müəyyən siyasəti olmalıdır. Borcun olması əhalinin günahı deyil. Əhalini istilik pulunu ödəyibsə, ona istilik vermək lazımdır. İndi evlərdə uşaqlar soyuqdan əziyyət çəkməlidir ki, iki qurum arasında problem var? Bu böyük bir məsuliyyətsizlikdir. Məncə, hökumət dərhal bu problemi həll etməlidir”. 

Millət vəkili Fəzail Ağamalı isə bildirib ki, bu iki qurum arasındakı problemin əziyyətini əhali çəkməməlidir:"İnsanların bu məsələdə günahı yoxdur. Məsələ tezliklə öz həllini tapmalıdır. İndi məktəblərdə uşaqlar soyuqda qalıb. Bu məsələyə son qoyulmalıdır, əhali tezliklə istiliklə təmin olunmalıdır”. 

Nərgiz Liftiyeva 
MUSAVAT.COM

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300