Enver

Ağsu rayonunda sahibkarlar ciddi problemlərlə üzləşib. Bu barədə rayon sahibkarları məlumat verib.

Bu sahibkarlar əsasən əkinçiliklə uğraşanlardır. Sahibkarlar deyirlər ki, hər il rayonda müqavilə ilə torpaq sahələri icarəyə götütüb taxıl və pambıq əkiblər. Əkin və yığıma görə isə prezident İlham Əliyevin sərəncamına uygun olaraq subsidiyalar alıblar. Amma, bu il taxıl biçini vaxtı rayon rəhbərliyi sahibkarlara ağır zərbə vurub. Belə ki, icra başçısı sahibkarlara xəbər göndərib ki, bu il onlara nə əkinə, nə də yığıma görə subsidiya verilməyəcək: " Prezident İlham Əliyev ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı fermerlərə subsidiyaların verilməsini tapşırıb. Biz də həmin subsidiyalara görə taxılçılıqla məşğul oluruq ki, ölkədə buğda bolluğu olsun. Əsasən fermerlər taxılçılıqla məşğul olur. Hər hektar buğdaya gör 100 manat, arpaya görə isə 50 manat subsidiya alırdıq. Hər il olduğu kimi bu il də əkdik. Əkin vaxtı dedilər ki, subsidiyalar biçin vaxtı veriləcək. Biçin vaxtı isə icra başçısı Ənvər Seyidəliyev bildirdi ki, sahibkarlara subsidiya verilməsin. Səbəb isə həmin əkin sahələrinin bələdiyyə balansında olmasıdır. Yalnız şəxsi əkin sahələrinin subsidiyaları hesablandı. Təsəvvür edin ki, Ağsu rayonu üzrə 6 min hektar əkilmiş bələdiyyə torpağına subsidiya verilmir”.

Sahibkarlar deyirlər ki, Ağsu rayon İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev sahibkarlara deyib ki, guya bu qərar kənd təsərrüfatı naziri Heydər Əsədov tərəfindən verilən qərardır. Amma, icra başçısı sdahibkarlara konkret əsas göstərmir: "Kənd təsərrüfatı naziri bu barədə heç bir rəsmi sərəncam və ya qərar imzalamayıb. Amma, nazirə yaxın olan icra başçıları şifahi olaraq sahibkarlara zərbə vurur. Heydər Əsədov icra başçısı Ənvər Seyidəliyevin qohumudur. Həmçinin əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da Ənvər Seyidəliyevin həm bacanağı, həm də bacısı oğludur. Sahibkarların subsidiyası da bu 3 məmurun birlikdə qurduqları planla kəsilib. Onların şifahi qərarı sahibkarları iflic vəziyyətinə salıb”.

Sahibkarlar bildiriblər ki, məsələ ilə bağlı Prezident Administrasiyasına müraciuət ediblər. Müraciətə cavab gəlməyəcəyi təqdirdə onlar daha radikal addımlar atacaq.(azerbaycansaati.tv)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300