İran və Türkiyə prezidentləri arasında telefon danışığı olub
 
İran prezidenti Həsən Ruhani və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan arasında telefon danışığı olub.
 
APA-nın İran  bürosunun məlumatına görə, söhbət İran tərəfinin təşəbbüsü ilə baş tutub.
 
Söhbət zamanı H.Ruhani deyib ki,  İran həmişə Türkiyənin qanuni hökumətinin yanında olub və olacaq.
 
H.Ruhani  Türkiyə xalqının demokratiya yolu ilə  seçdiyi hökuməti müdafiə etməsini  təqdirlayiq adlandırıb: «Sevindirici haldır ki, Türkiyə xalqı  çevrliş cəhdi  zamanı yüksək siyasi düşüncə göstərib və sübut etdib ki,  bölgədə  zorakılıq  qaydalarına yer yoxdur. Türkiyədə sabitliyin  güclənməsi  bölgədə sabitliyin  güclənməsinə zəmin yaradacaq”.
 
Türkiyə prezidenti R.T.Ərdoğan, öz növbəsində,  prezident H.Ruhaniyə təşəkkürünü bildirib və  deyib ki, top və tanklar bir qrup insanın şəhid olmasına səbəb ola, bilər lakin  bir xalqın dəyərlərini əlindən ala bilməz: "Bu gün  keçmişdən daha da qərarlı olaraq öz yolumuzu davam etdirəcəyik. Biz  İran və Rusiya ilə əməkdaşlıq edərək, əl-ələ verib bölgədəki problemləri həll etməyi qərara almışıq. Çalışacayıq ki, bölgədə sülh və sabitlik yaradılsın. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300