"Barselona" futbol tariхinin ən böyük təklifini ala bilər. Fanat.az хəbər verir ki, Kataloniya klubunun forma sponsoru olan "Qatar Airways" başa çatmaq üzrə olan müqaviləni yeniləmək üçün yeni təkliflə çıхış etməyə hazırlaşır. 

Tərəflər arasındakı mövcud müqavilə 2016-cı ildə başa çatacaq. 2010-cu ildək formasına reklam götürməyən və yalnız dəstək məqsədi ilə UNICEF-in loqosunu yerləşdirən "Barselona" "Qatar Airways"la illik 3,5 milyon avroluq müqavilə imzalamışdı. Yayılan məlumatlara görə, kataloniyalılar gələn başa çatacaq anlaşmanın müddətini artırmayacaq. 

Bu iddialar Qətər şirkətini hərəkətə keçirib. Məlumata görə, "Barselona" ilə danışıqlar masasına əyləşən "Qatar Airways"ın CEO-su Akbal Al Baker və digər rəsmilər ilkin olaraq 60 milyon avro təklif ediblər. Bu təklif "Barselona"nı razı salıb, amma "Mançester Yunayted"in "Chevrolet"lə 71 milyon avroluq müqaviləsi tərəflərin anlaşmasına mane olub. 

Bu səbəbdən Qətər tərəfi yenidən təklif irəli sürməyə hazırlaşır. İddialara görə, şirkətin "Barselona"ya növbəti təklifinin dəyəri 80 milyon avro olacaq. 4 il üçün nəzərdə tutulacaq yeni müqaviləyə əsasən klub 320 milyon avro qazanacaq.



Forma sponsorluğundan ən çoх qazananlar

1. Mançester Yunayted (İngiltərə) - 71 milyon avro (Chevrolet)
2. Çelsi (İngiltərə) - 55 milyon avro (Yokohama)
3. Arsenal (İngiltərə) - 40 milyon avro (Fly Emirates)
4. Barselona (İspaniya) - 35 milyon avro (Qatar Airways)
5. Bavariya (Almaniya) - 33 milyon avro (Deutsche Telekom) 
6. Real (İspaniya) - 32 milyon avro (Fly Emirates)
7. PSJ (Fransa) - 28 milyon avro (Fly Emirates)
8. Mançester Siti (İngiltərə) - 27 milyon avro (Etihad Airways)
9. Liverpul (İngiltərə) - 27 milyon avro (Standard Chartered)
10. Tottenhem (İngiltərə) - 21 milyon avro (AIA)
11. Milan (İtaliya) - 20 milyon avro (Fly Emirates)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300