"Whatsapp" mesajlaşma xidməti yeniliklərə imza atmağa davam edir.

"Whatapp" tətbiqetməsinin "Android" ƏS üçün təqdim etdiyi beta versiyası yenilənib.

Uluyol.info "olke.az"-a istinadən  xəbər verir ki, tezliklə tətbiqetməyə iki yeni xüsusiyyət də əlavə olunacaq.

Eyni zamanda "Facebook" şirkətin 2014-cü ilin fevral ayında fantistik məbləğə, yəni 19 milyard dollar ödəyərək aldığı "Whatsapp"da istifadəçilərin təhlükəsizliyini artırmağa yönəlmiş işləri davam etdirir.

Ötən il mesajlaşma xidməti ilə yanaşı səsli zəng xidmətini də istifadəyə verən "Whatsapp", daha sonra ofis proqramları fayllarının və ZIP faylların tətbiqetmə üzərindən göndəriləbilmə xüsusiyyətini istifadəçilərinə təqdim etdi.

Təhlükəsizlik məsələsində "ucdan-uca" şifrələmə üsuluna keçən "Whatsapp" yaxın günlərdə isə əlavə olaraq iki mərhələli kimlik təsdiqetmə sistemini platformada tətbiq edəcək.

Mütəxəssislərin rəyinə görə "Whatsapp"a son əlavə olunan iki yenilik zəng xidmətinin inkişafı üçün vacib addım hesab olunur. Yaxın müddətdə tətbiqetmə üzərindən edilən zənglərə cavab verilmədiyi təqdirdə ekranda "Geri zəng et" xəbərdarlığı görünəcəkk.

Digər yeni xüsusiyyət isə yenə eyni ekranda "Səsli mesaj yarat" xəbərdarlığı olacaq. İstifadəçilər zənglərinə cavab almadıqları zaman qarşı tərəfə səsli mesaj göndərə biləcək.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300