"İsti havalarda əhali tərəfindən geniş istifadə edilən kondisioner insan orqanizmində daha çox sinir sisteminə mənfi təsir göstərir".

Bunu "Report"a fizioterapevt Zaur Əliyev deyib.

O bildirib ki, sinirlər soyuğu sevmədiyindən, daha çox da onlarda əzilmələr və sıxılmalar olduqda kondisioner havasından zərər görür: "Kondisionerin ən böyük mənfi təsiri orqanizmdə xüsusilə əzilən sinirə yönəlir. Bundan başqa, kondisioner havası tənəffüs sistemində də iltihablaşmalara gətirib çıxara bilər".

Fizioterapevt onu da bildirib ki, kondisoner havanı normal tənzimlənməlidir. Belə ki, əgər çöldə havanın temperaturu yüksəkdirsə, otaqda havanı çox soyutmaq yolverilməzdir: "Əgər açıq havada temperatur 38-39 dərəcədirsə, otağın havasını 20-22 dərəcədə saxlamaq olar. Bundan aşağı temperatur sinir sisteminə, eləcə də digər orqanlara mənfi təsir göstərə bilər. Temperatur göstərilən səviyyədən aşağı qoyularsa, çölə çıxdıqda da insan orqanizminə fəsadlar verə bilər".

Həkimin sözlərinə görə, kondisionerin filtirasiya sistemləri vaxtında təmizlənməlidir. Filtirasiya sistemi yaxşı işləməyən cihaz otaqda olan havanın keyfiyyətini aşağı salaraq daha çox da astma, tənəffüs yolları problemi olan insanlara mənfi təsir göstərir.  

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300