"Cənab prezident, hər dəfə sizə müraciət edəndən sonra Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanovun adamları mənə zəng edir, problemin texliklə həll olunacağını deyir. Amma nəticə yoxdur”. TİA.AZ xəbər verir ki, bu sözləri prezident İlham Əliyevə müraciətində "Yunıy moryak” adlı gəmisi oğurlanan Qəmbər Səfərov yazıb.

Müraciətin bir surətini də istiqlal.az saytına ünvanlayan Q.Səfərov bildirib ki, gəminin Qüdrət Qurbanovda olması məhkəmə qərarları ilə təsdiq olunub: "Təsəvvür edin, deyirlər ki, gəmini təmir etmişik. Sual olunur, axı bu gəmi sizdə hardandı ki, onu təmir etmisiz.

Bununla Dövlət Dəniz Administrasiyası faktiki olaraq gəmini oğurladığını etiraf edir. Bu cinayət əməlidir. Mən dəfələrlə müraciət etmişəm ki, ya gəmini, ya da pulumu verin. Gəminin qaytarılması barədə Ali Məhkəmənin də qərarı var. Amma Qüdrət Qurbanov özünü qanunlardan üstün tutur”.

Qəmbər Səfərovun sözlərinə görə, birinci məhkəmə instansiyasının qərarından sonra Qüdrət Qurbanov həftə möhdət istəyib: "Mənə rüsum ödətdirdilər. Dedilər ki, qərar icra olunacaq. Qüdrət Qurbanov da bir həftə möhlət istədi. Bu bir həftə 8 ay çəkdi. 8 aydan sonra isə qanunsuz olaraq apellyasiya şikayəti verdilər. Amma yenə də Qüdrət Qurbanovun saxtakarlığı üzə çıxdı. Ali Məhkəmə də gəminin qaytarılması barədə qərar çıxardı.

Cənab prezident, bu şəxs artıq məni intihar həddinə çatdırıb. Mənim gəmimi ələ keçirib, amma məsuliyyəti sizi şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun üzərinə atır. Deyir ki, guya gəmi ondadır. Mən onun bu sözlərinə inanmıram. Bilirəm ki, diqqəti özündən yayındırmaq üçün Bəylər Əyyubovun adını çəkir. Amma mənə maraqlıdır ki, bu adam nəyə, kimə güvənərək öz əməllərini general rütbəli bir şəxsin üzərinə atır”.

Qeyd edək ki, Dövlət Dəniz Administrasiyası saxta sənədlərlə Qəmbər Səfərova məxsus "Yuniy Moryak" gəmisini satıb. Qəmbər Səfərov məhkəməyə müraciət edib.

Səbail Rayon Məhkəməsi dəhşətli saxtakarlıqları üzə çıxarıb. Məhkəmə zamanı bəlli olub ki, Dövlət Dəniz Administrasiyasından gəminin sənədlərinin surətini əldə edən "Mərdəkan-Broyler" ASC saxta alqı-satqı müqaviləsi, saxta aktlar tərtib edib və bu saxtakarlığı o qədər biabırçı səviyyədə həyata keçirib ki, hakimlər özləri belə təəccübləniblər.

Bundan başqa, Qəmbər Səfərovla Aydın Əhmədov arasındakı "alqı-satqı" müqaviləsinin tarixi 09 yanvar 2003-cü il, məkan isə Bakı şəhəri göstərilir, ancaq müqavilə rus dilində tərtib olunur və notarial qaydada deyil, yalnız "Mərdəkan-broyler"in möhürü ilə təsdiqlənir. İki Azərbaycan vətəndaşı arasında bağlanan alğı-satqı müqaviləsi niyə rus dilində tərtib olunmalıdır?
Üçüncüsü, müqavilədə tərəflər arasında qiymət razılaşması 180 min rus rublu olaraq göstərilir. Bakıda, bir Azərbaycan vətəndaşı - fiziki şəxslə digəri, Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxs arasında alqı-satqı müqaviləsində qiymət niyə rus rublu ilə müəyyənləşməlidir?
Dördüncü, həmin alqı-satqı müqaviləsinin 7.1-ci maddəsində göstərilir ki, "tərəflər arasında mübahisə Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq" Rusiya Federasiyasının məhkəməsində həll olunmalıdır.

Azərbaycan vətəndaşları arasında alqı-satqı müqaviləsindəki narazılıq niyə Rusiya Federasiyasının qanunvericiliyi ilə tənzimlənməlidir? "Mərdəkan-Broyler"in məhkəməyə təqdim etdiyi saxta "alqı-satqı" müqaviləsindəki hüquqi pozuntuların səbəbi odur ki, əslində, bu müqavilə Qəmbər Səfərovla "Yunıy moryak" gəmisinin rəhbəri arasında bağlanmış 20 fevral 2003-cü il tarixli müqavilənin kserosurətidir. "Mərdəkan-Broyler" yeni müqavilə yazmaq iqtidarından olmadığından və Qəmbər Səfərovun imzasını "daha səliqəli" saxtalaşdırmaq üçün hazır müqavilədəki tarixləri dəyişməklə rüsvayçı saxtakarlığa imza atıb. 
Dəhşətli məqam isə odur ki, bu cür saxtakarlıqla tərtib edilən sənədlər, gəminin əsas sənədləri, alınma və Bakıya gəlmə tarixləri ilə uyğunsuzluq təşkil etdiyi halda Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov həmin qanunsuzluqları qanuniləşdirib və gəmiyə şəhadətnamə verib.
Səbail rayon məhkəməsi sənəd saxtakarlıqları faktını aşkar etdikdən sonra Dövlət Dəniz Administrasiyasının "Yunıy moryak" ("Ramin") gəmisinə verdiyi saxta şəhadətnaməni ləğv edib, gəminin əsl sahibinə qaytarılması haqqında qərar çıxarıb. Lakin qərar icra olunmayıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300