Yaddaşı gücləndirmək üçün 6 məsləhət

Yaddaşı gücləndirmək üçün nə etməliyik və niyə bizim hafizəmiz zəifləyir və diqqətimiz azalır. Bütün bu halların qarşısını almaq üçün aşağıdakıları diqqətlə oxuyun.

  1. Əgər sizdə belə hallar varsa, öncə qanınızı yoxlatdırsanız yaxşı olar, çünki qan azlığında və anemiyalarda belə hallar ola bilər. Əgər anemiya varsa, 1 kiloqram çuğunduru 1 kiloqram balın içinə doğrayıb qarışdırın. 1 həftə gözləyin, sonra süzün, gündə 3 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı için.
  2. Həddən artıq yemək beynimizə axan qanın azalmasına səbəb olur, acmamış yeməyin, doymamış yeməkdən durun. Həftədə 2 dəfə oruc tutulması beynimizin qidalanmasını yaxşılaşdırır.
  3. Gündə 2 stəkan kök şirəsi yaddaşı inanılmaz dərəcədə gücləndirir.
  4. Başdan hicama. Yaddaşsızlıq və diqqət zəifliyi üçün möhtəşəm bir vasitədir, eyni zamanda baş ağrılarını götürür, görməni gücləndirir, əzbərləmə qabiliyyətini gücləndirir.
  5. Bal şərbəti gündə 2 dəfə 1 xörək qaşığı 1 stəkan çiy suda qarışdırıb içə bilərsiniz.
  6. Həzrəti Əlidən möhtəşəm bir resept: 1 qram zəfəran yarım stəkan isti (qaynar yox) suya qarışdırılıb 12 saat gözlənilir, sonra stəkan tamam dolana qədər süd qarışdırıb səhər yuxudan duran kimi içmək lazımdır və zəfəranlar yeyilməlidir, içəndən yarım saat sonra yemək yeyilməlidir.
  7. Yaddaş məcunu: Zəncəfil 40 qram, Qinko biloba 40 qram, Çiçək tozu 40 qram, Yapon Saforası meyvəsi 40 qram, Jenşen kökü 40 qram, Bal 1 kiloqram. Bitkilər qurudulmuş olmalı, toz formasına salınmalı və bal ilə yaxşı yaxşı qarışdırılmalı, böyüklər gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yeməli, uşaqlar yarım çay qaşığı. Xatırladım ki, imtahana hazırlaşan yeniyetmələr üçün çox faydalıdır.
(fizulihuseynov.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300