Yaddaşı gücləndirmək üçün 6 məsləhət

Psixologiya elmində məqsədli unutma ilə bağlı bir çox tədqiqatlar aparılıb. Bu, hər zaman insanların diqqətini çəkən bir məsələ olub. Eternal Sunshine of The Spotless Mind filminə yəqin ki baxmısınız. Bəs həqiqətən də unutmaq mümkündürmü? Biz istəmədiyimiz xatirələri beynimizdən məqsədli şəkildə silməyə qadirikmi? Gəlin bu sualın cavabını tapmağa çalışaq.

Məqsədli şəkildə unutmaq üçün nə etməliyik?

Uzun müddətdir ki, bunun üzərində tədqiqatlar aparan Jeremy Manning və Kenneth Norman unudulmasını istədiyimiz xatirələrin silinməsi üçün ilk dəfə beynimizə qeyd edildiyi bağlantını silərək, bunu etməyin mümkün olduğunu iddia edirlər. Onlar təcrübə əsnasında bir qrup insandan yeni öyrəndikləri sözləri xatırlamalarını istəyiblər və bu zaman beyinlərində baş verən prosesləri müşahidə ediblər. Müşahidələrdən belə məlum olur ki, beyin hər hansı bir şeyi xatırlamaq istədikdə, həmin şeyi qeyd etdiyi bağlandını xatırlamağa, unutmaq istədiyində isə o konteksdən uzaqlaşmaq üçün səy göstərir. Bir sözlə, unutmaq və xatırlamaq üçün eyni funskiyanın müxtəlif cür istifadəsi gərəkli olur. 

 

Tədqiqatçılar belə bir nəticəyə gəlib ki, biz xatırlamaq üçün istifadə etdiyimiz metodları, bunun əksi üçün də istifadə edərək, pis xatirələrdən xilas ola bilərik. Xatirələrimizi qeyd etdiyimiz bağlantıları silməklə, onlardan uzaqlaşmağımız mümkündür. Mövzuyla əlaqədar daha dəqiq və detallı məlumatlar tədqiqatlar yekunlaşdıqdan sonra açıqlanacaq. Bu mərhələdə insanı bir şey düşündürür: pis xatirələrinizdən həqiqətən də xilas olmaq istəyirikmi? (pahoo.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300