ayten ferhadova

Bakı Apellyasiya Məhkəməsi Aytən Fərhadovanın ölkədən çıxışına qoyulan qadağanı qüvvədə saxlayıb

Avqustun 4-də Bakı Apellyasiya Məhkəməsində müstəqil jurnalist Aytən Fərhadovanın ölkədən çıxışına qoyulan qadağa ilə bağlı şikayətinə baxılıb. Jurnalistin vəkili Fariz Namazlının verdiyi məlumata görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Nəsimi rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Vəkil bildirib ki, ittiham tərəfi məhkəmə prosesində iştirak etməyib.

İyulun 26-da Nəsimi rayon Məhkəməsi jurnalistin ölkədən çıxışına qoyulan qadaga ilə bağlı şikayətini icraata götürməkdən imtina edib.

A.Fərhadova sentyabrın 20-də Ukraynadan qayıdarkən Hava Limanında saxlanılıb və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.

Baş Prokurorluğun Ağır cinayətlərə dair İstintaq İdarəsinin qərarı ilə jurnalistin ölkədən çıxışı yasaqlanıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300