eldar cahangir

 

Sabiq nazirin devalvasiyadan 2 milyard dollar qazandığı deyilir; "Kabinetdə ... Cahangir Hacıyevə şillə və təpik vurub. Eldar Mahmudovun başına isə kreslo vurub”

Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılarkən,  bunun kökündə "Beynəlxalq bank işi”nin durduğu deyilirdi. Sonradan hakim ailənin telefon danışıqlarının dinlənilməsi və xarici kəşviyyata ötürülməsi, eləcə də nazirin çevriliş hazırlaması versiyaları ictimai rəydə daha populyar oldu. Bu gün əldə etdiyimiz məlumat isə onu deməyə əsas verir ki, Eldar Mahmudovun ölkə başçısının qarşısında etimadı itirməsində "Beynəlxalq bank” məsələsi bəlkə də həlledici rol oynayıb. Rəsmi dairələr Eldar Mahmudovun "vurulması”nı sahibkarlara və iş adamlarına olan "qayğı” ilə əlaqələndirməyə çalışsalar da, sabiq MTN şefinin iflasının səbəbləri tədricən aydınlaşmaqdadır.

İstintaq orqanlarından "Basta”ya sızan məlumata görə, Eldar Mahmudovun vurulmasının kökü bu ilin aprel ayında Milli Bankın qərarı ilə baş verən devalvasiyaya gedib çıxır. Mənbə deyir: "Devalvasiya haqda qabaqcadan heç kəsin xəbəri olmayıb. Bunu yalnız ölkə başçısı, maliyyə naziri və Milli Bankın sədri bilirmiş. Tam məxfi saxlanılıb və məqsəd bu olub ki, kimsə xəbər tutub dollar ala bilməsin. Amma devalvasiya artıq elan olunduqdan sonra Eldar Mahmudov "Beynəlxalq bankın” prezidenti Cahangir Hacıyevin vasitəsilə köhnə tarixlə valyuta mübadiləsi həyata keçiriblər. Eldar Mahmudov Cahangir Hacıyevlə qudadırlar. Bu əməliyyatda təqribən 6 milyard manatdan çox pul köhnə tarixlə, yəni devalvasidan əvvəlki valyuta kursu ilə mübadilə edilib. Köhnə tarixlə mübadilə sənədləri qaydasına salınıb. Əməliyyatın icrasında rolu olan bəzi başqa adamlar da bundan milyonlarla pul qazanıblar. Eldar Mahmudovla Cahangir Hacıyev isə bu yolla 2 milyard dollar irəli düşüblər”.

Mənbə bildirir ki, bu əməliyyatın üstü sonradan həyata keçirilən monitorinq və valyuta mübadiləsi statistikasının təhlili sayəsində üzə çıxıb: "Devalvasiyadan sonra Milli Bank özəl banklardan gələn valyuta mübadiləsi sənədlərini və statistikanı təhlil edib. Məhz devalvasiya ərəfəsində bəzi adamların kütləvi şəkildə dollar alması faktı diqqəti cəlb edib. Bunun səbəbi araşdırıldıqda, məlub olub ki, səbəb devalvasiya haqqında məlumatın qabaqcadan sızması deyil. Devalvasiyadan sonra külli miqdarda dollar alınıb, valyuta mübadiləsinin çekləri isə devalvasiyadan bir neçə həftə, hətta bir ay əvvələ yazılıb. Araşdırıb müəyyən ediblər ki, köhnə tarixlə külli miqdarda dollar alan şəxs Eldar Mahmudov olub”.

Devalvasiyadan sonra Cahangir Hacıyevin işdən çıxarıldığını xatırladan mənbə iddia edir ki, bu xəyanətinə görə o, və sabiq MTN şefi həm də fiziki cəzaya məruz qalıblar: "Kabinetdə ... Cahangir Hacıyevə şillə və təpik vurub. Eldar Mahmudovun başına isə kreslo vurub”.

Mənbənin sözlərinə görə, bundan sonra Eldar Mahmudov ələ keçirdiyi məbləği tam olaraq geri qaytaracağını vəd edib: "Onlar dolları götürəndə əvəzində manat veriblər. Amma məsələnin üstü açılandan sonra onların boynuna qoyulub ki, manatla verilən məbləğin bankda qalması şərtiylə, dollarla aldıqları məbləği qaytarsınlar”.

MTN şefinin çevriliş cəhdinə görə vurulması ehtimalına toxunan mənbə bunu da istisna etməyib: "Çevriliş cəhdindən məlumatım yoxdur, amma ola bilər ki, gec-tez vurulacağını bildiyi üçün belə bir addıma da əl atsın. Onlar bu əməliyyat nəticəsində irəli düşmək istəyiblər, amma üstü açıldığı üçün ikiqat geri düşüblər. Belə vəziyyətdə çevrilişə maraqlı ola bilərdilər”.

Xatırladaq ki, Eldar Mahmudovun vəzifədən çıxarıldığı gün Cahangir Hacıyevin həbs olunması haqqında da xəbərlər yayılmışdı.(bastainfo.com)


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300