Simsiz internet şəbəkəsinin, yəni "Vayfayın” sürətlə yayılması və həyatımızın ayrılmaz hissəsi olması ortaya vacib bir sual çıxardır: Görəsən, "Vayfay” zərərlidirmi?

 

Özünüz də yaxşı bilirsiniz, indi "vayfay”sız ev təsəvvür etmək hardasa mümkünsüzdür. İnsanlar hara gedirlərsə, ilk verdikləri sual da bundan ibarət olur: "Vayfay” var? Kodu nədir?

 

Belə bir fikir var ki, "Vayfay” təkcə insanların sağlamlığına zərərli deyil, həm də müxtəlif viruslar törədir. Kompüterin, daha doğrusu, simsiz şəbəkənin virus ötürməsi həqiqətən doğrudurmu?

 

"Vayfay”ın insanların sağlamlığına zərərli olub-olmadığını bilmək üçün simsiz şəbəkədəki rabitənin hardan gəldiyini və bu alətin necə işlədiyini öyrənmək lazımdır.

 

Texnologiyanın tam adı belədir: Wireless Fidelity. Bizim dildə belə səslənir: "Olduqca dəqiq, simsiz ötürücü”. Alət radio dalğası ilə birləşdirilib. Sadə desək, bu elə radio dalğasının özüdür. 

 

Öz-özünüzə düşünün: radiostansiyada mahnı dinləmək zərərli deyilmi? Yeri gəlmişkən, alimlər "Vayfay”ın zərərli olması haqqında mübahisə edirlər. Çünki "Vayfay”ın ötürdüyü zərərin sağlamlığa vurduğu zərbəni sübut etmək hələ ki, mümkün deyil.

 

Ancaq bununla belə gəlin faktlara nəzər yetirək:

 

- Elm sübut edib ki, "Vayfay”dan gələn güclü radioşüalanma 600 dəfədən az olanda insan sağlamlığına zərərli deyil.

 

- Britaniya alimləri elmi tədbirdə güclü şüaların uşaqların sağlamlığına zərəri haqqında müzakirə təşkil ediblər. Əsas diqqət simsiz alətlərin və 3G telefonların ötürdüyü şüaya istiqamətlənib. Nəticədə sübut olunub ki, telefonun ötürdüyü güclü radioşüalanma, "Vayfay”dan üç dəfə yüksəkdir. Professor Lori Çellis tədbirin sonundakı çıxışında "Vayfay”ın insan sağlamlığına zərəri söhbətinin əfsanə olduğunu söyləyib.

 

Yəni bu o deməkdir ki, texnologiya zərərli deyil. Yalnız bir məsələyə aydınlıq gətirildi: "Vayfay”ı noutbuk kimi dizinin üstündə tutmaq olmaz. Başqa bir alim də qeyd elədi ki, şüa az olduğundan alətin heç bir zərəri yoxdur.

 

Ancaq bir başqa məsələ var. Böyük sığorta şirkəti Llyods isə "Vayfay”ın zərərli olduğunu iddia edir. Llyods doğrudan və yaxud dolayı yolla elektromaqnit şüalarının nəticəsində yaranan sağlıq problemlərini sığorta çərçivəsindən çıxarıb. Yəni radioşüalanma sizin sağlamlığınıza ziyan vurarsa sığorta şirkəti bunun zərərini ödəmir. Sığorta şirkətinin bu qərarı araşdırıldığında qərarın arxa planında simsiz internet bağlantısının olduğu öyrənilib.

 

2011-ci ildə Dünya Səhiyyə Təşkilatı "Vayfay” cihazlarının insanlarda kanserogen təhlükə yaratdığını açıqlayıb. Professor Oll Johansona görə bu müzakirə çoxdan sona çatıb: "Vayfay cihazlarından qaynaqlanan sağlıq problemləri xeyli genişlənib.” Beyin şişindən leykoza, yaddaş itirilməsindən depressiyaya qədər bir çox sağlıq problemlərinin yarandığı deyilir.   (lent.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300