Hamilələrə bu qidaları yemək olmaz -
 
Hamiləlik dövrünə günəş, isti və nəm də əlavə edilincə hamilə qadınları daha çətin bir yay gözləyir. Bu dövrdə həm ananın öz sağlamlığı, həm də körpənin fiziki və zehni inkişafı üçün qidalanmasına iki qat diqqət etməsi vacibdir.

Hamilə qadınlara yayda necə qidalanmalı olduqlarına dair bəzi detalları təqdim edirik.

Hər səhər 2 ədəd qoz və 2 ədəd ərik

Yayda hamilələrin səhər yeməyində mütləq yer almalı olan qidalardan biri də qozdur. Tərkibindəki Omega-3 ilə beyin və göz sağlamlığına, körpənin fiziki və zehni inkişafına yardımçı olur. Odur ki, hamilə qadın hər səhər 2 ədəd qoz yeməlidir. Qozun yanında yeyilən 2 ədəd quru ərik isə potasium qaynağıdır. Ərik körpənin mineral və vitamin ehtiyacının qarşılanmasını təmin edir. Ananın artan şəkər ehtiyacını nizamlayaraq, qəbizlik probleminə yardım edir.

Pendirin yaxşısını seçin

Kifli, pasterizə edilməmiş pendirlərdən uzaq durun. Pasterizə edilməmiş (yəni qablaşdırılmamış) yumşaq pendirlərdə ola biləcək "listeria" bakteriyası düşmə, erkən doğuş təhlükələrinə yol aça bilər. Hamiləlik dövründə mümkünsə yumurtanı qaynamış, ya da omlet şəklində yeyin. Xüsusən də içərisində müxtəlif göyərtilər olan omlet yemək tərkibindəki bütün vitamin və mineralların əmilməsinə yardımçı olur.

Süd və süd məhsulları mütləqdir

Bu qidaları gündə 2-3 pors yemək lazımdır. Hər yemək zamanı mütləq süd qrupuna daxil olan məhsul da süfrənizdə olsun. Səhərlər sadəcə süd içə bilər, günorta və axşam yeməklərində ev qatığı yeyə, gecə yatmadan əvvəl isə yenə süd içə bilərsiniz. Bu, həm də kalsium çatışmazlığına faydalıdır, eyni zamanda protein qəbulunu da təmin edir.

Qırımızı ət və balığa limon sıxın

Yayda ağır və çox yağlı yemək yerinə az duru yağla bişirilmiş tərəvəz yeməkləri, quru paxlalılar yeyilməlidir. Tərəvəz yeməklərinin yanında qırmızı ət və balıq da yeyin. Ətin üzərinə limon sıxsanız, dəmir qəbulunu artırır.

Bitki çaylarından uzaq durun

Bu dövrdə diqqət edilməsi vacib detallardan biri də soyuq, ya isti, fərq etməz, bitki çayı və cəfəridən uzaq olmaqdır. Soyuq olsa belə, bitki çayı içməyin. Bu, uşaqlıq dartılmalarına səbəb olur. Çox çay və qəhvə qəbulu da anada olduğu kimi, körpədə baş və boyun bölgəsində anormallıqlar yaradır.

Çiy ət və az bişmiş ətlərdən uzaq durun. Bunlar anada toksoplazmaya yol açır. Bu parazit hamiləliyin ilk dövründə körpədə yüksək qızdırma, fərqli yuxarı tənəffüs yolu xəstəlikləri, göz və sinir sistemi xəstəliklərinə, körpənin beynində bəzi fəsadlara yol aça, düşməyə də səbəb ola bilər. Nitrit və nitrat tərkibli kolbasa, sosiska kimi məhsullar da bu dövrdə çox yeyilməməlidir.

Köpə qarşı çoxlu su için

Yay aylarında diqqət edilməli olan detallardan biri də yetərincə su qəbuludur. Əsasən də havalar isindiyi üçün bu dövrdə şiş, köp problemi çox yaşanır. Qazlı içkilər və şirin meyvə suları içmək o qədər də məsləhət deyil.(Lent.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300