Gülənin İŞİD-lə gizli anlaşması açıldı
 
15 iyul çevrilişinə cəhddən sonra FETÖ üzvlərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yaxın bir nəfərə sui-qəsd edilməsi üçün İŞİD-dən yardım istəməsi ilə bağlı məlumat ortaya çıxıb.
 
Axar.az "Milliyət”ə istinadən xəbər verir ki, FETÖ üzvlərindən birinin Suriyanın Tel Abyad şəhərində iki İŞİD üzvüylə görüşməsi haqda məlumat əldə edən polis dövlət orqanlarına xəbərdarlıq mətni göndərib.
 
Həmin FETÖ üzvünün avqustun 8-də Tel Abyadda Mütənna Əbdülrəzzaq Əli və İbrahim Həsənlə görüşərək, onlardan Ərdoğana yaxın bir nəfərin səssiz silahla öldürülməsi və İstanbulda terror aksiyası təşkil etmələri istənilib.
 
Məlumata görə, avqustun 9-da Şanlıurfadan Ankaraya 6 səssiz silah göndərilib. Bu silahlardan terror aksiyalarında kürd əsilli 4 qadın istifadə edəcəkmiş. FETÖ üzvü olan şəxs bunun qarşılığında İŞİD-çilərə maddi yardım da edib.
 
Bu məlumatın əldə edilməsindən sonra türk polisi Prezidentin Təhlükəsizliyi Dairəsi də daxil olmaqla bütün bölgələrdəki polis bölmələrinə xəbərdarlıq göndərib. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300