REAL-dan Natiq Cəfərlinin həbsinə sərt reaksiya

”Onun həbsi demokratiya və insan haqlarını prioritet sayan ABŞ və Avropa Birliyi ölkələrinin dəyərlərə sadiqliyi məsələsini imtahan qarşısında qoyur”
"Natiq Cəfərli prezident İlham Əliyevin göstərişilə həbs olunub”.

Bu barədə "Respublikaçı Alternativ” (REAL) Hərəkatının avqustun 13-də həbs olunan icra katibi Natiq Cəfərlinin həbsi ilə bağlı yaydığı bəyanatda deyilir.

REAL hesab edir ki, N.Cəfərliyə qarşı sürülmüş ittihamlar tamamilə əsassız və siyasi motivlidir.

"O, dərhal və qeyd-şərtsiz azadlığa buraxılmalıdır”, – deyə bəyanatda bildirilir.

Bəyanatda deyilir ki, N.Cəfərlinin həbsi, REAL-ın sentyabrın 26-da keçiriləcək referendumla bağlı hazırlıq prosesinin, partiyalaşmasının və siyasi fəaliyyətinin qarşısını ala bilməyəcək.

N. Cəfərli REAl-ın "Respublikaçı Alternativ” Referendum Təşəbbüs Qrupunun səlahiyyətli nümayəndəsidir.
Bəyanatda həmçinin qeyd olunur ki, N.Cəfərlinin həbsi demokratiya və insan haqlarını özünün maraq və prioriteti sayan ABŞ və Avropa Birliyi ölkələrinin dəyərlərə sadiqliyi məsələsini imtahan qarşısında qoyur.
"Yaranmış şəraitdə onlar bəyan etdikləri dəyərlərə həqiqətən də sadiq olduqlarını yalnız insan haqlarını pozanlara, demokratiyanı boğanlara qarşı sanksiyalar tətbiq etməklə sübut edə bilərlər”,- deyə bəyanatda deyilir.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300