Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdə baş vermiş terror hadisəsi ilə bağlı yazılı açıqlama verib.

Dövlət başçısı şəhərin terror təşkilatlarının hücumuna məruz qaldığını vurğulayaraq 27 vətəndaşın həlak olduğunu, 94 nəfərin isə xəsarət almasından təəssüf hissi keçirdiyini bildirib.

Dünyasını dəyişənlərə Allahdan rəhmət diləyən, həlak olanların yaxınlarına, qazianteplilərə və xalqa başsağlığı verən prezident 15 iyulda 240 vətəndaşın ölümünə səbəb olmuş FETÖ ilə, son 1 ayda Türkiyə polisinin, təhlükəsizlik qüvvələrinin 70 əməkdaşının qatili olmuş PKK və İŞİD arasında heç bir fərqin olmadığını deyib. Türkiyə prezidenti güman edir ki, Qaziantepdəki terror aktına görə İŞİD məsuliyyət daşıyır. 

"Bu terror təşkilatlarını ölkəmizə və millətimizə hücum etdirənlərə mesajımız yenə eynidir: – bacara bilməyəcəksiniz. Bu qanlı terror təşkilatlarının və arxalarındakı güclərin Türkiyədə azanları susdurmağa, bayrağı endirməyə, vətənimizi bölməyə, millətimizi parçalamağa nəfəsi və taqəti yetməyəcək" – deyə Türkiyə prezidenti bildirib.

Dövlət başçısı vurğulayıb ki, türkmənlərin, ərəblərin, kürdlərin mehriban şəraitdə yaşadıqları və ortaq ümidlərini gələcəyə bağladıqları Qaziantepdə hansı oyunların oynanmağa çalışdığı açıqca görünür. Onun sözlərinə görə, Türkiyəyə gücü çatmayanların vətəndaşları etnik və məzhəblər baxımından bir-birlərinə qarşı qoymaq ssenariləri baş tutmayacaq.

Qaziantepdə dünyasını dəyişmiş insanların hesabı sorulacaq və qanları yerdə qalmayacaq. (report)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300