Hesab edirəm ki, Rövşən Lənkəranski kimi insanlara ehtiyac var.

 

Bu fikirləri Unikal.org-a Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov 18 avqust 2016-cı ildə gecə saatlarında Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranski (Canıyev) ilə bağlı danışarkən deyib.

 

Deputat qeyd edib ki, Rövşən Lənkəranski ilə bağlı məlumatları mətbuatdan izləyir: "Lehinə və əleyhinə yazılar gedir və hesab edirəm ki, bunlara ehtiyac yoxdur. Allah rəhmət eləsin. Məncə, Rövşən Lənkəranski kimi insanlara ehtiyac var. Mən də Rövşən Lənkəranskinin ölümünə görə onun yaxınlarına, doğmalarında başsağlığı verir və Allahdan rəhmət diləyirəm".

 

S.Novruzov deyib ki, bu barədə yalnız eşitdiklərini danışa bilər: "Aldığım məlumata görə, Rövşən Lənkəranskinin xaricdə, xüsusən də Rusiyadakı azərbaycanlılara çox köməkliyi dəyib. İndi Rövşənin ölüm səbəblərinə görə hərənin bir versiya irəli sürməsi düzgün deyil. Bu məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb açılacaq. Bundan sonra ictimayyət məlumatlandırılacaq".

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300