Türkiyədə FETÖ ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində Fətullah Gülənin qohumu, vəkil Kəmaləddin (Kamal) Gülən həbs olunub.
Avqustun 22-də Kastamonu rayon Təhlükəsizlik Müdürlüyü və Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Kəmaləddin Gülən bu gün məhkəməyə çıxarılıb. Onun haqqında həbs-qətimkan tədbiri seçilərək həbsxanaya göndərilib.
Qeyd edək ki, Kəmaləddin Gülən "Samanyolu” televiziyasında xəbərlər proqramının aparıcısı olub. Onun F. Gülənin qardaşı olduğu bildirilir. (qafqazinfo)