Əli İnsanov barəsində yeni cinayət işi açılıb

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsindən yeni cinayət işi başlanıb.

 Uluyol.info xəbər verir ki, bu barədə APA-ya vəkil Toğrul Babayev məlumat verib. Onun sözlərinə görə, dünən axşam saatlarında vəkillərə prokurorluqdan edərək, bu gün sabiq nazirin cəza çəkdiyi 13 saylı Cəzaçəkmə Müəssisinə getmələri bildirilib: "Bizə dedilər ki, Əli İnsanov yenidən dindiriləcək. Onun barəsində yeni cinayət işi başlanıb. Hazırda biz müəssisəsinin qarşısındayıq. İçəridə sadəcə Qaradağ rayon prokuroru Natiq Abdullayev var. Bizə hansı maddə ilə yeni ittiham irəli sürüldüyü barədə məlumat verilməyib”.

Qeyd edək ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. Ə. İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.

Əli İnsanovun cəza müddətinin başa çatmasına bir neçə ay qalıb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300