Natiq Cəfərli türmədən həyat yoldaşına şeir yazdı - FOTO
 
"Aydan səni soruşuram, sən də soruş, sevgilim….” 

Avqustun 12-də saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilən Respublikaçı Alternativ (REAL) Hərəkatının icra katibi Natiq Cəfərli türmədən həyat yoldaşına şeir yazıb. Bu barədə həyat yoldaşı Leyla Cəfərli facebook səhifəsində status yazıb. Musavat.com xəbər verir ki,  L.Cəfərli şeiri bu sözlərlə paylaşıb: "Natiq bu gün mənə göndərmiş. Çox darıxır dedi vəkili. Hələ görüş imkanımız olmayıb. Tək yemək sovqatı göndərə bilirik”. N.Cəfərlinin şeiri bir bənddən ibarətdir və aşağıdakı kimidir: 

Barmaqlıqlar arasında tək görünən bəyaz aydır
Ona baxıb danışıram, sən də danış sevgilim
Aydan səni soruşuram, 
Sən də soruş sevgilim....

Bu günə qədər məhbəs həyatı yaşayan bir çox tanınmış siyasətçilər, aktivlər sentimental ruhda şeirlər yazıblar. Onların əksəriyyəti ictimailəşsə də, bəziləri şəxsi arxivlərində qalıb. 

Xatırladaq ki, N.Cəfərli avqustun 12-də axşam saatlarında saxlanılıb. Onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. N.Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.(musavat.com)







 

 
 

608 DƏFƏ OXUNUB

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300