Cerablus və digər ərazilərin İŞİD-dən təmizlənməsi Türkiyəyə qarşı təhlükəsizlik təhdidinin aradan qaldırılmasında çox önəmli bir addım olacaq.
Axar.az xəbər verir ki, bu sözləri MHP lideri Dövlət Baxçalı deyib.
"Suriya-Türkiyə sərhədinin təhlükəsizliyinin tam təmin olunması, İŞİD-in maddi-texniki və insan resursları yollarının kəsilməsi və sərhədimizdən terrorçuların sızmasının qarşısını almaq ən təxirəsalınmaz ehtiyacımızdır", - Baxçalı bildirib.