Müsavat Partiyasının referendumla əlaqədar yaratdığı "Respublika” təşəbbüs qrupu  iki gün öncə 41 mindən artıq seçici imzasını toplayaraq, MSK-ya təqdim edib. Hakimiyyət "Respublika” təviqat qrupunu qeydə alacağı təqdirdə, uzun fasilədən sonra müxalifətə efir vaxtı ayırmağa məcbur olacaq. Müxalifətin imza toplayıb təhvil verə bilən tək partiyasının bu prosesə buraxılmaması isə referendumun qeyri-demokratik olduğuna dair tutarlı bir sübut olacaq. Hakimiyyət bu iki ziyandan hansını seçəcək?

Suala cavab verən Müsavatın Divan üzvü, sabiq millət vəkili İkram İsrafil partiyanın öz üzərinə düşən böyük bir missiyanı yerinə yetirdiyini bildirib.

"Yerli icra hakimiyyətləri və digər qurumların basqısı altında 40 mindən artıq imzani yığacaq digər təşkilat tanimiram. Müsavat hər zaman bunu bacarıb və bacaracaq. O ki qaldı qeydiyyata alinmağımıza, bu, bizdən asılı məsələ deyil. Biz, nə qədər çətin olsa da, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, lazım olan sənədləri və imzaları  MSK-ya təqdim etmisik”, – İkram İsrafil "Basta” əməkdaşı ilə söhbətində bildirib.

"Bir həftə ərzində MSK cavab verməlidir.  Təsdiq olunacağımız təqdirdə görəcəyimiz işlər başqa, təsdiq olunmayacağımiz təqdirdə görəcəyimiz işlər isə başqadır. Müsavat Partiyasının Divanında, hər iki variantda görəcəyimiz işləri və atacağımız  addımları müzakirə edirik və müvafiq qərarlar qəbul edirik. Hər iki variantda nə edəcəyimizi bilirik. Bu haqda zamanında ictimaiyyətə məlumat verəcəyik”, – İkram İsrafil bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300