Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Rio de Janeyroda keçirilən olimpiya oyunlarında medal qazana bilməyən türkmən idmançıları vətənə xəyanətdə ittiham edib.

 

Axar.az xəbər verir ki, rəsmi qəzetə açıqlama verən Berdıməhəmmədov ölkədə idmanı inkişaf etdirmək üçün çoxlu səylər göstərildiyini, amma Rioda istənilən uğurun əldə olunmadığını bildirib.

 

Türkmən lider olimpiadada medal qazanılmamasına və uğursuzluğa hirsləndiyini, idmançıların ana vətənə xəyanət etdiklərini deyib.

 

Berdiməhəmmədovu əsəbiləşdirən daha bir məqam isə qonşu ölkələrin medal qazanmaları olub.

 

Qeyd edək ki, Türkmənistanla qonşu olan Özbəkistan olimpiadada 13 (4-ü qızıl), Qazaxıstan isə 17 medal (3-ü qızıl) qazanıb. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300