Əli İnsanov: Heç bir ittiham, təzyiq, təsir məni mövqeyimdən və mübarizəmdən çəkindirə bilməz
 
"Heç bir ittiham, təzyiq, təsir məni mövqeyimdən və mübarizəmdən çəkindirə bilməz. Mən nikbinəm və sakitəm. Mübarizəmi sonadək davam etdirəcəm”. Bu bəyanatı Amerikanın Səsinə vəkil Toğrul Babayev sabiq səhiyyə naziri Əli İnsanova istinadən verib.

Vəkilin sözlərinə görə, İnsanov psixoloji cəhətdən bu ittihamlara hazır idi. "Səhhətində də heç bir problem yoxdur”.

13 saylı cəzaçəkmə müəssisəində saxlanan sabiq nazirə qarşı avqustun 24-də Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə yeni ittiham irəli sürülüb.

Əli İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan ittiham iqtisadi cinayətlərlə əvəz olunub. Sabiq nazir 2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq, bir sıra iqtisadi cinayətlər törətmək ittihamı ilə 11 il azadlıqdan məhrum edilib.

O, hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib.

2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarını qüvvədə saxlayıb.

İnsanov hazırda iqtidarda olan Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir. O 1993-2005-ci illərdə səhiyyə naziri olub.

İnsanov məhkəmə iclaslarında hökumətin və yüksək hökumət rəhbərlərinin fəaliyyətini kəskin tənqidlərə məruz qoyub.

Bu il iyunun 7-də sosial şəbəkələrdə Əli İnsanova qarşı həbsxana nəzarətçisinə zor tətbiqi ilə bağlı cinayət işi açılacağı barədə statuslar yer alıb. Sonra sabiq nazirin vəkilləri bu məlumatı təkzib edib.

Toğrul Babayev bildirib ki, İnsanov Qaradağ rayon Məhkəməsinin qəraraı ilə avqustun 24-də bu il oktyabrın 23-dək 1 saylı Bakı İstintaq Təcridxanasına etap olunub. Yeni qaldırlmış cinayət işinin istintaqını Qaradağ rayon Prokurorluğu aparır.

"Əli İnsanov ittihamları qəbul etmir və istintaqa ifadə verməkdən imtina edib. O ittihamı qurama adlandırır və həbsdən azad edilməməsinə yönəldiyini bildirib. İnsanovun həbsdən buraxılmasına cəmi 57 gün qalmışdı”, vəkil qeyd edib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300