Razim Əmiraslanlı: ""Respublika” təşviqat qrupunun qeydə alınmaması üçün heç bir əsas yoxdur, təşviqat qrupu yalnız siyasi qərarla qeydə alınmaya bilər"


 

Referendumla bağlı yaradılan təşəbbüs qruplarına təşviqat qrupu kimi qeydə alınmaq üçün 41 min imzanı və lazımi sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etmələrinə qoyulan müddət dünən başa çatıb. Bəlli olub ki, ümumilikdə prosesə beş təşəbbüs qrupu qatılıb MSK-dan imza vərəqələri götürsə də, REAL Vətəndaş Hərəkatı imza kampaniyasını yarımçıq dayandırıb. REAL təmsilçisi bunu qurumun rəhbərliyinə qarşı son vaxtlar həyata keçirilən həbslərlə və maneələrlə əlaqələndirib. 

Təşəbbüs qruplarından üçü isə artıq qeydə alınıb. Bunlar  YAP-ın yaratdığı "Yeni Azərbaycan”, bir qrup QHT-nin yaratdığı "Vətəndaş cəmiyyəti”, bələdiyyələrin yaratdığı "Bələdiyyə” təşviqat qruplarıdır. İmza vərəqələrini MSK-ya təhvil verən dördüncü təşviqat qrupu isə Müsavat Partiyasının yaratdığı "Respublika” təşəbbüs qrupudur. "Respublika” üçün toplanan 41 mindən yuxarı imza və lazımi sənədlər avqustun 22-də MSK-ya təqdim edilib. Müsavatdan bildirilib ki, respublika üzrə 88 seçki dairəsini əhatə edilib, 824 imza vərəqində 41128 seçici imzası təhvil verilib MSK-dan müvafiq arayış alınıb. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, MSK "Respublika” təşviqat qrupunun qeydə alınması barəsində 7 gün ərzində qərar verməlidir. Bu isə o deməkdir ki, MSK Müsavatın yaratdığı təşviqat qrupunun qeydə alınması məsələsinə ən geci avqustun 29-dək baxmalıdır. 

Sentyabrın 3-dən isə referendumla bağlı təbliğat-təşviqat kampaniyasına rəsmi start veriləcək. Kampaniya sentyabrın 25-də səhər saat 8-də dayandırılacaq.  

Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı "Yeni Müsavat”a bildirib ki, "Respublika” təşviqat qrupunun qeydə alınmaması üçün heç bir əsas yoxdur: "Biz artıq qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmuş imzaları toplayaraq təşviqat qrupunun qeydə alınması üçün MSK-ya təqdim eləmişik. Hələlik məsələyə baxılmayıb. Yəqin yaxın günlərdə bizə məlumat veriləcək. Qeydə alınmamaq üçün heç bir əsas yoxdur. Çünki referendumda iştirak edən təşkilatlardan yalnız Müsavatın yaratdığı ”Resbublika" təşəbbüs qrupu qapı-qapı gəzərək demək olar ki, bütün respublika ərazisindən imza yığıb. İmzalar seçki qərargahında təcrübəli seçki mütəxəssislərimiz tərəfindən dəfələrlə yoxlanılıb. "Respublika” təşviqat qrupu yalnız siyasi qərarla qeydə alınmaya bilər".

R.Əmiraslanlı qeyd etdi ki, əgər siyasi qərar olsa, təşviqat qrupunu qeydə almasalar, bununla bağlı partiyada müzakirələr olacaq və müəyyən addımlar atılacaq. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300